https://sputnik.az/20220602/susada-berpaolunan-enerji-sahesinde-muqavile-imzalanacaq---nazir-442446439.html
Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq - Nazir
Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq - Nazir
Sputnik Azərbaycan
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" sektorunda böyük potensialı mövcuddur. 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T11:07+0400
2022-06-02T11:07+0400
2022-06-02T11:07+0400
neft-qaz
enerji
forum
bakı
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434218952_0:0:2961:1665_1920x0_80_0_0_09671be451ae883ba06e98db32b99a3d.jpg
BAKI, 2 iyun — Sputnik. İyunun 4-də Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq. Bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda deyib.Nazir bildirib ki, bu cür müqavilələrin imzalanması investorlar tərəfindən gözlənilən addımdır. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" sektorunda böyük potensialı mövcuddur.O əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından indiyədək 168 milyard kubmetr qaz hasil edilib. Bu layihələr çərçivəsində 163 milyard dollardan artıq gəlir əldə olunub. Bu günədək AÇG neft-qaz yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 555 milyon ton neft hasil edilib.Azərbaycanda Bakı Enerji Forumu başlayıbQeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir.Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir. Plenar iclas "Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər" mövzusuna həsr olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434218952_103:0:2652:1912_1920x0_80_0_0_e23f644371ff3bbcbf33a3a468c88683.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
enerji, forum, bakı
Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq - Nazir
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" sektorunda böyük potensialı mövcuddur.
BAKI, 2 iyun — Sputnik. İyunun 4-də Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq. Bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda deyib.
Nazir bildirib ki, bu cür müqavilələrin imzalanması investorlar tərəfindən gözlənilən addımdır. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" sektorunda böyük potensialı mövcuddur.
O əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından indiyədək 168 milyard kubmetr qaz hasil edilib. Bu layihələr çərçivəsində 163 milyard dollardan artıq gəlir əldə olunub. Bu günədək AÇG neft-qaz yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 555 milyon ton neft hasil edilib.
Azərbaycanda Bakı Enerji Forumu başlayıb
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir.
Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.
Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir. Plenar iclas "Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər" mövzusuna həsr olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.