https://sputnik.az/20220602/gurcu-oglan-polad-bulbuloglunun-mahnisi-ile-her-kesin-maragina-sebeb-oldu-442463435.html
Gürcü oğlan Polad Bülbüloğlunun mahnısı ilə hər kəsin marağına səbəb oldu
Gürcü oğlan Polad Bülbüloğlunun mahnısı ilə hər kəsin marağına səbəb oldu
Sputnik Azərbaycan
Xalq artisti Polad Bülbüloğlunun "Aman, aman ayrılıq" mahnısı onun repertuarında ən çox sevilən musiqilərdən biridir. 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T21:37+0400
2022-06-02T21:37+0400
2022-06-02T21:37+0400
musiqi
mədəniyyət
polad bülbüloğlu
mahnı
gənc
ifa
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442449040_0:183:640:543_1920x0_80_0_0_d05c25f62eee1491ba9a56d052816c4d.jpg
BAKI, 2 iyun — Sputnik. Gürcüstanın Birinci kanalında yayımlanan "Ranina" uşaq musiqi layihəsində Azərbaycan mahnısı təqdim olunub.Müsabiqənin iştirakçısı Telavidən olan 11 yaşlı Oto Bazeraşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun "Aman, aman ayrılıq" mahnısını ifa edib.Azərbaycan dilində ifanı münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Münsiflər heyətinin üzvləri O.Bazeraşvilinin ifasını ən yüksək - 10 xalla qiymətləndiriblər.Müsabiqədə 4 yaşdan 18 yaşadək olan 10 ifaçı iştirak edir. Yarımfinal iyunun 4-də keçiriləcək.Qeyd edək ki, "Ranina" müsabiqəsi V mövsümdür keçirilir. Yarışmanın qalibi Gürcüstanı "Avroviziya" Uşaq Mahnı Müsabiqəsində təmsil edir.Məlumat üçün bildirək ki, həmin mahnının musiqisi Polad Bülbüloğlunun özünə məxsusdur. Tanınmış musiqiçi həmin mahnını ötən il və bu il Şuşada təşkil olunan "Xarıbülbül" festivalında ifa edib.
https://sputnik.az/20220425/polad-bulbuloglu-bakida-avtomobil-qezasi-toredib-441460942.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442449040_0:123:640:603_1920x0_80_0_0_66b6c17139773ec51ca3b5a955e5beaf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
musiqi, polad bülbüloğlu, mahnı, gənc, ifa
musiqi, polad bülbüloğlu, mahnı, gənc, ifa
Gürcü oğlan Polad Bülbüloğlunun mahnısı ilə hər kəsin marağına səbəb oldu
Xalq artisti Polad Bülbüloğlunun "Aman, aman ayrılıq" mahnısı onun repertuarında ən çox sevilən musiqilərdən biridir.
BAKI, 2 iyun — Sputnik. Gürcüstanın Birinci kanalında yayımlanan "Ranina" uşaq musiqi layihəsində Azərbaycan mahnısı təqdim olunub.
Müsabiqənin iştirakçısı Telavidən olan 11 yaşlı Oto Bazeraşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun "Aman, aman ayrılıq" mahnısını ifa edib.
Azərbaycan dilində ifanı münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Münsiflər heyətinin üzvləri O.Bazeraşvilinin ifasını ən yüksək - 10 xalla qiymətləndiriblər.
Müsabiqədə 4 yaşdan 18 yaşadək olan 10 ifaçı iştirak edir. Yarımfinal iyunun 4-də keçiriləcək.
Qeyd edək ki, "Ranina" müsabiqəsi V mövsümdür keçirilir. Yarışmanın qalibi Gürcüstanı "Avroviziya" Uşaq Mahnı Müsabiqəsində təmsil edir.
Məlumat üçün bildirək ki, həmin mahnının musiqisi Polad Bülbüloğlunun özünə məxsusdur. Tanınmış musiqiçi həmin mahnını ötən il və bu il Şuşada təşkil olunan "Xarıbülbül" festivalında ifa edib.