https://sputnik.az/20220425/polad-bulbuloglu-bakida-avtomobil-qezasi-toredib-441460942.html
Polad Bülbüloğlu Bakıda avtomobil qəzası törədib? Səfir polisi təkzib etdi
Polad Bülbüloğlu Bakıda avtomobil qəzası törədib? Səfir polisi təkzib etdi
Sputnik Azərbaycan
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi qəza zamanı avtomobillərə ciddi ziyan dəymədiyini bildirib. 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T18:00+0400
2022-04-25T18:00+0400
2022-04-26T19:39+0400
paytaxt xəbərləri
polad bülbüloğlu
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1e/425848331_0:0:3024:1702_1920x0_80_0_0_f850e9357fb82a7f6782795f732beb1f.jpg
BAKI, 25 aprel - Sputnik. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu avtomobil qəzası törətməsi barədə xəbərləri təkzib edib.Diplomat bildirib ki, digər avtomobilin sürücüsü ona toqquşmanın izlərini, avtomaşına dəyən ziyanı göstərə bilməyib. “Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”, - deyə diplomat bildirib. Daha əvvəl yayılan məlumata görə Polad Bülbüloğlu Bakının Səbail rayonu ərazisində qəza törədib. Səfir BMW markalı avtomobil sükanı arxasında “Mercedes” markalı taksi ilə toqquşub. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı onlara müraciət olmayıb.“Avtomobillərə ciddi ziyan dəyməyib. Sürücülər öz aralarında razılaşaraq çıxıb gediblər”, - deyə polisdən bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1e/425848331_222:0:2951:2047_1920x0_80_0_0_74eb81b2a6ef65fe7c085dd32aa3dc46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polad bülbüloğlu
Polad Bülbüloğlu Bakıda avtomobil qəzası törədib? Səfir polisi təkzib etdi
18:00 25.04.2022 (Yenilənib: 19:39 26.04.2022) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi qəza zamanı avtomobillərə ciddi ziyan dəymədiyini bildirib.
BAKI, 25 aprel - Sputnik. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu avtomobil qəzası törətməsi barədə xəbərləri təkzib edib.
Diplomat bildirib ki, digər avtomobilin sürücüsü ona toqquşmanın izlərini, avtomaşına dəyən ziyanı göstərə bilməyib.
“Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”, - deyə diplomat bildirib.
Daha əvvəl yayılan məlumata görə Polad Bülbüloğlu Bakının Səbail rayonu ərazisində qəza törədib.
Səfir BMW markalı avtomobil sükanı arxasında “Mercedes” markalı taksi ilə toqquşub.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı onlara müraciət olmayıb.
“Avtomobillərə ciddi ziyan dəyməyib. Sürücülər öz aralarında razılaşaraq çıxıb gediblər”, - deyə polisdən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.