Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şahin Mustafayev Perm vilayətinin qubernatoru ilə görüşüb

© Sputnik / Murad OrujovŞahin Mustafayev
Şahin Mustafayev  - Sputnik Azərbaycan, 1920, 01.06.2022
Abunə olmaq
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin ticari-iqtisadi, investisiya, nəqliyyat, tranzit, humanitar və bir çox digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb
BAKI, 1 iyun — Sputnik. Bu gün Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın Perm vilayətinin qubernatoru Dmitriy Maxoninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin ticari-iqtisadi, investisiya, nəqliyyat, tranzit, humanitar və bir çox digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verdiyi bildirilib.
Eyni zamanda iki ölkə arasında müxtəlif istiqamətlərdə uğurla həyata keçirilən müştərək layihələrin əhəmiyyəti qeyd edilib.
Azərbaycanın Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Perm vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.
2021-ci ilin dekabrında Perm vilayətinin rəsmi nümayəndə heyətinin Azərbaycana səfərinə toxunulub, səfər zamanı bir sıra işgüzar görüşlərin keçirildiyi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edildiyi vurğulanıb.
Perm vilayətinin "Aqroekspress" layihəsi çərçivəsində Rusiyada malların qəbulu və göndərilməsi üzrə pilot ərazilərdən biri kimi müəyyənləşdirildiyi nəzərə alınaraq, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
 Mixail Boçarnikov  - Sputnik Azərbaycan, 1920, 01.06.2022
RUSİYA
Səfir: Rusiya və Azərbaycan neft-qaz sahəsində geniş əməkdaşlıq edirlər
Xəbər lenti
0