https://sputnik.az/20220601/sefir-rusiya-ve-azerbaycan-neft-qaz-sahesinde-genis-emekdasliq-edirler-442432138.html
Səfir: Rusiya və Azərbaycan neft-qaz sahəsində geniş əməkdaşlıq edirlər
Səfir: Rusiya və Azərbaycan neft-qaz sahəsində geniş əməkdaşlıq edirlər
Sputnik Azərbaycan
Rusiyanın Azərbaycandakı səfiri bildirib ki, Bakıda keçirilən sərgidə Rusiya şirkətləri enerji resurslarının hasilatı və yönləndirilməsi ilə bağlı məsələlər... 01.06.2022, Sputnik Azərbaycan
2022-06-01T19:05+0400
2022-06-01T19:05+0400
2022-06-01T19:10+0400
rusiya
rusiya
sərgi
mixail boçarnikov
azərbaycan
şirkət
azpromo
https://cdnn1.img.sputnik.az/img/07e6/05/12/442034024_0:0:2001:1125_1920x0_80_0_0_ca137feb2681000002e51edd51dbd947.jpg
BAKI, 1 iyun — Sputnik. Azərbaycan və Rusiya neft-qaz sahəsində geniş əməkdaşlıq edirlər. Bakıda keçirilən enerji sərgisində xeyli sayda Rusiya şirkətləri təmsil olunur. Bu barədə Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov Sputnik Azərbaycan-a müsahibəsində bildirib."Mən çox şadam ki, bu gün sərgidə Rusiya müəssisələrinin və regionlarının xeyli sayda nümayəndələri iştirak edir. Perm diyarı çox təsirli ekspozisiya ilə təqdim olunur", - deyə səfir vurğulayıb.Boçarnikovun sözlərinə görə, Rusiya şirkətləri enerji resurslarının hasilatı və yönləndirilməsi ilə bağlı məsələlərə yeni texnoloji həllər təklif edirlər."Bu, bu sahədə elmi inkişafa ciddi töhfədir. Mənə elə gəlir ki, belə şeylər Azərbaycanın neft-qaz sahəsi üçün maraqlı mövzudur. Burada Rusiya İxrac Mərkəzinin rəhbəri Veronika Nikişinanın rəhbərlik etdiyi böyük biznes nümayəndə heyəti iştirak edir", - deyə səfir qeyd edib.Xatırladaq ki, "Xəzər Neft və Qaz" Beynəlxalq sərgisində (Caspian Oil & Gas) və "Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji" sərgisində (Caspian Power) Rusiyanın 60 şirkəti, neft-qaz, enerji və nəqliyyat-logistika sahələrinin liderləri iştirak edəcəklər.Rusiya İxrac Mərkəzi sayəsində sərgilərdə kollektiv stend, Perm diyarının və Volqoqrad vilayətinin regional stendləri nümayiş olunacaq.Sərgilərdə iştirak etmək üçün Perm diyarının qubernatoru Dmitri Maxonin, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina, "Roseksimbank"ın İdarə Heyətinin sədri Azər Talıbov, Rusiya şirkətlərinin rəhbərləri Azərbaycana gəliblər.Bakı Enerji Həftəsi proqramıİyunun 1-də Bakı Ekspo Mərkəzində Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgiləri öz işinə başlayıb: 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi "Translogistica Caspian" və 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" Sərgisi."Iteca Caspian"dan bildirilib ki, sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri öz məhsul və xidmətlərini təqdim edirlər."TransLogistica" sərgisi dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır.Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.Həmçinin "TransLogistica" sərgisi yükdaşıma şirkətləri ilə yük sahibləri arasında görüşlərin keçirilməsi üçün işgüzar platforma olmaqla yanaşı, Xəzər və Qafqaz regionunda nəqliyyat-logistika xidmətlərinin təşviqi baxımından da səmərəli vasitədir."TransLogistica" sərgisi ilə eyni anda 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" Sərgisi keçirilir."Road&Traffic" Sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində əsas ixtisaslaşdırılmış tədbirdir. "Road&Traffic" sərgisi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.Əlavə tədbirlər proqramı çərçivəsində: "Beynəlxalq nəqliyyat dəhlizləri üçün strateji perspektivlər və yeni imkanlar", "Kurık limanında "Sarja" çoxfunksiyalı dəniz terminalı", "Təchizat Zəncirinin İdarə edilməsində Data Elminin üstünlükləri", "Nəqliyyat və İnfrastruktur Həlləri - Nəqliyyat Sistemlərinin İnkişafında Yeni Səhifə", "İctimai nəqliyyatın inkişafı üçün yeni imkanlar və parkinq həllərinin optimallaşdırılması" sessiyaları, həmçinin iştirakçı şirkətlərin təqdimatları keçiriləcək.Sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək ki, bu da görüşmək, mövcud əlaqələri gücləndirmək və yeni əməkdaşlıqlar yaratmaq üçün əla imkan yaradacaq. Sərgilərə rəsmi dəstəyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO göstərir.Sərgilər Azərbaycan şirkətlərinin dünya səviyyəsinə çıxması üçün gözəl imkan yaradacaq.Beləliklə, sərgilər xarici şirkətlərlə yerli bazar arasında əlaqələrin qurulması, Azərbaycan şirkətlərinin dünya səviyyəsinə çıxması, cari layihələrin genişləndirilməsi və yeni tərəfdaşlar tapması üçün gözəl imkan yaradacaq.Tədbirlərin təşkilatçıları "Caspian Event Organisers" və onun beynəlxalq tərəfdaşlarıdır.
https://sputnik.az/20220601/prezident-beynelxalq-xezer-neft-ve-qaz-sergisinin-acilis-merasiminde-442405890.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/12/442034024_34:0:1811:1333_1920x0_80_0_0_bc0a80692ccbe247d67a96236702258a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rusiya, sərgi, mixail boçarnikov, azərbaycan, şirkət, azpromo
rusiya, sərgi, mixail boçarnikov, azərbaycan, şirkət, azpromo
Səfir: Rusiya və Azərbaycan neft-qaz sahəsində geniş əməkdaşlıq edirlər
19:05 01.06.2022 (Yenilənib: 19:10 01.06.2022) Rusiyanın Azərbaycandakı səfiri bildirib ki, Bakıda keçirilən sərgidə Rusiya şirkətləri enerji resurslarının hasilatı və yönləndirilməsi ilə bağlı məsələlər üzrə yeni texnoloji həllər təklif edirlər.
BAKI, 1 iyun — Sputnik. Azərbaycan və Rusiya neft-qaz sahəsində geniş əməkdaşlıq edirlər. Bakıda keçirilən enerji sərgisində xeyli sayda Rusiya şirkətləri təmsil olunur. Bu barədə Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
"Mən çox şadam ki, bu gün sərgidə Rusiya müəssisələrinin və regionlarının xeyli sayda nümayəndələri iştirak edir. Perm diyarı çox təsirli ekspozisiya ilə təqdim olunur", - deyə səfir vurğulayıb.
Boçarnikovun sözlərinə görə, Rusiya şirkətləri enerji resurslarının hasilatı və yönləndirilməsi ilə bağlı məsələlərə yeni texnoloji həllər təklif edirlər.
"Bu, bu sahədə elmi inkişafa ciddi töhfədir. Mənə elə gəlir ki, belə şeylər Azərbaycanın neft-qaz sahəsi üçün maraqlı mövzudur. Burada Rusiya İxrac Mərkəzinin rəhbəri Veronika Nikişinanın rəhbərlik etdiyi böyük biznes nümayəndə heyəti iştirak edir", - deyə səfir qeyd edib.
Xatırladaq ki, "Xəzər Neft və Qaz" Beynəlxalq sərgisində (Caspian Oil & Gas) və "Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji" sərgisində (Caspian Power) Rusiyanın 60 şirkəti, neft-qaz, enerji və nəqliyyat-logistika sahələrinin liderləri iştirak edəcəklər.
Rusiya İxrac Mərkəzi sayəsində sərgilərdə kollektiv stend, Perm diyarının və Volqoqrad vilayətinin regional stendləri nümayiş olunacaq.
Sərgilərdə iştirak etmək üçün Perm diyarının qubernatoru Dmitri Maxonin, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina, "Roseksimbank"ın İdarə Heyətinin sədri Azər Talıbov, Rusiya şirkətlərinin rəhbərləri Azərbaycana gəliblər.
Bakı Enerji Həftəsi proqramı
İyunun 1-də Bakı Ekspo Mərkəzində Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgiləri öz işinə başlayıb: 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi "Translogistica Caspian" və 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" Sərgisi.
"Iteca Caspian"dan bildirilib ki, sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri öz məhsul və xidmətlərini təqdim edirlər.
"TransLogistica" sərgisi dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır.
Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.
Həmçinin "TransLogistica" sərgisi yükdaşıma şirkətləri ilə yük sahibləri arasında görüşlərin keçirilməsi üçün işgüzar platforma olmaqla yanaşı, Xəzər və Qafqaz regionunda nəqliyyat-logistika xidmətlərinin təşviqi baxımından da səmərəli vasitədir.
"TransLogistica" sərgisi ilə eyni anda 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" Sərgisi keçirilir.
"Road&Traffic" Sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində əsas ixtisaslaşdırılmış tədbirdir. "Road&Traffic" sərgisi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.
Əlavə tədbirlər proqramı çərçivəsində: "Beynəlxalq nəqliyyat dəhlizləri üçün strateji perspektivlər və yeni imkanlar", "Kurık limanında "Sarja" çoxfunksiyalı dəniz terminalı", "Təchizat Zəncirinin İdarə edilməsində Data Elminin üstünlükləri", "Nəqliyyat və İnfrastruktur Həlləri - Nəqliyyat Sistemlərinin İnkişafında Yeni Səhifə", "İctimai nəqliyyatın inkişafı üçün yeni imkanlar və parkinq həllərinin optimallaşdırılması" sessiyaları, həmçinin iştirakçı şirkətlərin təqdimatları keçiriləcək.
Sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək ki, bu da görüşmək, mövcud əlaqələri gücləndirmək və yeni əməkdaşlıqlar yaratmaq üçün əla imkan yaradacaq. Sərgilərə rəsmi dəstəyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO göstərir.
Sərgilər Azərbaycan şirkətlərinin dünya səviyyəsinə çıxması üçün gözəl imkan yaradacaq.
Beləliklə, sərgilər xarici şirkətlərlə yerli bazar arasında əlaqələrin qurulması, Azərbaycan şirkətlərinin dünya səviyyəsinə çıxması, cari layihələrin genişləndirilməsi və yeni tərəfdaşlar tapması üçün gözəl imkan yaradacaq.
Tədbirlərin təşkilatçıları "Caspian Event Organisers" və onun beynəlxalq tərəfdaşlarıdır.