https://sputnik.az/20220531/xalq-artistine-vezife-verildi-442381892.html
Xalq artistinə vəzifə verildi
Xalq artistinə vəzifə verildi
Sputnik Azərbaycan
Xalq artisti Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən açıq səsvermə yolu ilə qurumun sədri seçilib. 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T15:24+0400
2022-05-31T15:24+0400
2022-05-31T15:32+0400
rasim balayev
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442380825_0:83:1280:804_1920x0_80_0_0_b982fc4f9cb9db64417eb0c7592cb1a3.jpg
BAKI, 31 may — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib.Bununla bağlı bu gün AKİ-də tədbir keçirilib. APA-nın xəbərinə görə, İttifaqın sədrliyinə açıq səsvermənin keçirilməsi təklif edilib. Daha sonra Xalq artisti Rasim Balayevin bu kürsüyə namizədliyi təklifi yekdilliklə qəbul edilib və o, sədr vəzifəsinə seçilib.İclasda, həmçinin, Cəmil Fərəcov, Həmidə Ömərova və Oleq Səfərəliyev AKİ Rəyasət Heyətinin üzvü seçilib.Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.Mayın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib. İclasda gündəlikdə duran bir sıra məsələlər, o cümlədən ittifaqın sədrliyinə namizədlik məsələsi müzakirə olunub.Xalq yazıçısı Anar mərhum Rüstəm İbrahimbəyovu hörmət və ehtiramla andıqdan sonra onun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib.İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyiblər.May ayının son ongünlüyü içində (20-31 may tarixləri arası) AKİ-yə sədr təyinatı ilə bağlı iclasın keçiriləcəyi dəqiqləşib.Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) 11 yanvar 1963- cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb.Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır. İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220511/rasim-balayev-azerbaycan-kinematoqrafcilar-ttifaqinin-sedri-oldu-441829810.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442380825_0:0:1280:960_1920x0_80_0_0_aa75f1d2cf4a2d783cff82862635b865.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rasim balayev
Xalq artistinə vəzifə verildi
15:24 31.05.2022 (Yenilənib: 15:32 31.05.2022) Xalq artisti Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən açıq səsvermə yolu ilə qurumun sədri seçilib.
BAKI, 31 may — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib.
Bununla bağlı bu gün AKİ-də tədbir keçirilib. APA-nın xəbərinə görə, İttifaqın sədrliyinə açıq səsvermənin keçirilməsi təklif edilib.
Daha sonra Xalq artisti Rasim Balayevin bu kürsüyə namizədliyi təklifi yekdilliklə qəbul edilib və o, sədr vəzifəsinə seçilib.
İclasda, həmçinin, Cəmil Fərəcov, Həmidə Ömərova və Oleq Səfərəliyev AKİ Rəyasət Heyətinin üzvü seçilib.
Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
Mayın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib. İclasda gündəlikdə duran bir sıra məsələlər, o cümlədən ittifaqın sədrliyinə namizədlik məsələsi müzakirə olunub.
Xalq yazıçısı Anar mərhum Rüstəm İbrahimbəyovu hörmət və ehtiramla andıqdan sonra onun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib.
İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyiblər.
May ayının son ongünlüyü içində (20-31 may tarixləri arası) AKİ-yə sədr təyinatı ilə bağlı iclasın keçiriləcəyi dəqiqləşib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) 11 yanvar 1963- cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır. İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.