Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri oldu

Abunə olmaq
İclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı dövlət başçısına müraciət edilməsinə dair qərar qəbul olunub.
BAKI, 11 may — Sputnik. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib. İclasda gündəlikdə duran bir sıra məsələlər, o cümlədən ittifaqın sədrliyinə namizədlik məsələsi müzakirə olunub.
Xalq yazıçısı Anar mərhum Rüstəm İbrahimbəyovu hörmət və ehtiramla andıqdan sonra onun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib.
İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyiblər.
May ayının son ongünlüyü içində (20-30 may tarixləri arası) AKİ-yə sədr təyinatı ilə bağlı iclasın keçiriləcəyi dəqiqləşib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) 11 yanvar 1963- cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır. İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Расим Балаев - Sputnik Azərbaycan, 1920, 17.01.2020
MƏDƏNİYYƏT
Rasim Balayev "Nəsimi" medalı aldı
Xəbər lenti
0