https://sputnik.az/20220530/dsx-ermenistan-herbcisi-azerbaycanin-ateskesi-pozmasi-neticesinde-yaralanmayib-442359716.html
DSX: "Ermənistan hərbçisi Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanmayıb"
DSX: "Ermənistan hərbçisi Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanmayıb"
Sputnik Azərbaycan
Mayın 28-də Ermənistan tərəfinin yaydığı məlumatla bağlı artıq Azərbaycanın üçüncü rəsmi qurumu təkzib verir. 30.05.2022, Sputnik Azərbaycan
2022-05-30T17:27+0400
2022-05-30T17:27+0400
2022-05-30T17:27+0400
dsx
azərbaycan xəbərləri
təxribat
ermənistan
hərbçi
dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513430_0:0:3073:1728_1920x0_80_0_0_d40e1dd2b10d349d19989d8e14aade48.jpg
BAKI, 28 may - Sputnik. "Mayın 28-də Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun ağır yaralanması barədə məlumatlar yayılıb".Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib."Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir.Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonunun Razdərə kəndi) dövlət sərhədinin müdafiəsi və mühafizəsini həyata keçirən bölmələrimiz tərəfindən həmin gün ərzində ER ərazisi istiqamətində ümumiyyətlə atəş açılmayıb.Eyni zamanda bölmələrimiz tərəfindən həyata keçirilən müşahidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislokasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin eşidilməsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təxliyə edilməsi qeydə alınıb.Həmin vaxt həyata keçirilən müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçilərinin öz aralarında baş verdiyini göstərir.Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən intizamsızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edirik", - məlumatda qeyd olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220529/xn-ermenistanin-esassiz-iddialarini-qetiyyetle-redd-edirik-442346920.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513430_57:0:2788:2048_1920x0_80_0_0_1845ab35133fcb39f0336c271752f838.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dsx, təxribat, ermənistan, hərbçi, dövlət sərhəd xidməti
dsx, təxribat, ermənistan, hərbçi, dövlət sərhəd xidməti
DSX: "Ermənistan hərbçisi Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanmayıb"
Mayın 28-də Ermənistan tərəfinin yaydığı məlumatla bağlı artıq Azərbaycanın üçüncü rəsmi qurumu təkzib verir.
BAKI, 28 may - Sputnik. "Mayın 28-də Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun ağır yaralanması barədə məlumatlar yayılıb".
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
"Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir.
Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonunun Razdərə kəndi) dövlət sərhədinin müdafiəsi və mühafizəsini həyata keçirən bölmələrimiz tərəfindən həmin gün ərzində ER ərazisi istiqamətində ümumiyyətlə atəş açılmayıb.
Eyni zamanda bölmələrimiz tərəfindən həyata keçirilən müşahidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislokasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin eşidilməsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təxliyə edilməsi qeydə alınıb.
Həmin vaxt həyata keçirilən müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçilərinin öz aralarında baş verdiyini göstərir.
Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən intizamsızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edirik", - məlumatda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.