https://sputnik.az/20220529/xn-ermenistanin-esassiz-iddialarini-qetiyyetle-redd-edirik-442346920.html
XİN: Ermənistanın əsassız iddialarını qətiyyətlə rədd edirik
XİN: Ermənistanın əsassız iddialarını qətiyyətlə rədd edirik
Sputnik Azərbaycan
Dnən Ermənistanın müdafiə qurumu sərhəddə atışma olması barədə məlumat yaymışdı. 29.05.2022, Sputnik Azərbaycan
2022-05-29T20:32+0400
2022-05-29T20:32+0400
2022-05-29T20:32+0400
azərbaycan xəbərləri
xin
azərbaycan xin
iddia
ermənistan
münaqişə
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460063_0:103:2000:1228_1920x0_80_0_0_5057ae7eef326926bc24fdf1787387c7.jpg
BAKI, 29 may - Sputnik. Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı, habelə Azərbaycana qarşı tamamilə əsassız iddiaları əks etdirən 28 may 2022-ci il tarixli açıqlamasını qətiyyətlə rədd edirik.Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib."Azərbaycan Respublikasının Müdafiə Nazirliyi guya ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə bağlı dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edib və yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.Hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür.Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən dağıdıcı yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib.Azərbaycan öz tərəfindən post münaqişə mərhələsində beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaq", - XİN-dən bildirilib.
https://sputnik.az/20220528/mudafie-nazirliyi-ermenistanin-yalanini-tekzib-etdi-442326041.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460063_114:0:1887:1330_1920x0_80_0_0_26edeb7bf7d835e64b865d9933d55136.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, azərbaycan xin, iddia, ermənistan, münaqişə
xin, azərbaycan xin, iddia, ermənistan, münaqişə
XİN: Ermənistanın əsassız iddialarını qətiyyətlə rədd edirik
Dnən Ermənistanın müdafiə qurumu sərhəddə atışma olması barədə məlumat yaymışdı.
BAKI, 29 may - Sputnik. Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı, habelə Azərbaycana qarşı tamamilə əsassız iddiaları əks etdirən 28 may 2022-ci il tarixli açıqlamasını qətiyyətlə rədd edirik.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi guya ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə bağlı dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edib və yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.
Hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür.
Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən dağıdıcı yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib.
Azərbaycan öz tərəfindən post münaqişə mərhələsində beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaq", - XİN-dən bildirilib.