https://sputnik.az/20220530/bayagi-filmlerin-qarsini-almaq-ucun-hansi-addimlar-atmalidir---vdeo-440685896.html
Bayağı filmlərin qarşını almaq üçün hansı addımlar atmalıdır?
Bayağı filmlərin qarşını almaq üçün hansı addımlar atmalıdır?
Sputnik Azərbaycan
Ramiz Həsənoğlunun fikrincə, bayağılığın qarşını zamanla almaq olar. Amma gecikdirmək də olmaz. Onların qabağını almaq üçün dövlət səviyyəsində ciddi ölçülər... 30.05.2022, Sputnik Azərbaycan
2022-05-30T08:19+0400
2022-05-30T08:19+0400
2022-05-30T10:43+0400
kinolent
mədəniyyət
film
rejissor
komediya
kitab
kino
https://cdnn1.img.sputnik.az/img/42212/69/422126925_0:196:1920:1276_1920x0_80_0_0_0ef8c61a1164ecd45c4ddf74f024c4fb.jpg
BAKI, 30 may — Sputnik. Azərbaycan tamaşaçısı sovet dövründə çəkilən komediya filmlərinə dəfələrlə baxır, hər dəfə yayımlananda ilk dəfə görürmüş kimi izləyir. Son dövrlər çəkilən komediya filmləri üçün isə eyni sözü söyləyə bilmirik. Səbəb nədir? Zəif ssenari, zəif aktyor oyunu, yoxsa filmlərə maddi dəstəyin olmaması? Sputnik Azərbaycan bu problemi kino sahəsi ilə məşğul olan insanlarla araşdırıb.Onlarla komediya filmi və televiziya tamaşalarında rol alan Xalq artisti İlham Namiq Kamal bildirir ki, Sovet dönəmində çəkilən komediya filmləri dövlət hesabına çəkilirdi. Bundan başqa, aktyor vurğulayır ki, o dönəmdə çəkilən filmlər peşəkar rejissorların əməyinin bəhrəsi idi: "Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə və digər peşəkarların tabloları idi o filmlər. Rejissor işi ilə yanaşı aktyorlar da peşəkar idi. Onların hər biri teatrlarda peşəkarlaşmış insanlar idi. Əksəriyyəti də teatr aktyorları idi. İndi də dünya ölkələrində filmlərə çəkilən aktyorların böyük bir qismi teatrda püxtələşmiş aktyorlardır".Sənətkar əlavə edir ki, Sovet dönəmində janrından aslı olmayaraq filmlərə çox ciddi hazırlaşırdılar. Aktyorun qrimindən tutmuş, filmin çəkildiyi interyerə qədər hər şey zərgər dəqiqliyi ilə işlənirdi: "Elə götürək, mənim rol adlığım "Qaynana" filmini. Filmin rəssamı Nadir Zeynalov Cənnət xanımın evini pavilyonda tikib. Tamaşaçıların bəlkə də əksəriyyəti bunu bilmir. Hər kəs elə bilir ki, o ev İçərişəhərdədir. Görün rəssam onu nə qədər gözəl işləyib ki, tamaşaçı bunu ayırd edə bilmir. Orada operator işi, rejissor və aktyor işi bir-birini tamamladığına görə, Azərbaycan tamaşaçısı hələ də o filmi sevə-sevə izləyir. Bununla bərabər, Azərbaycanfilm kinostudiyasında geyim sexi var idi. Aktyorların geyimlərinə də nəzarət edilirdi. Hər kəs istədiyi geyimi geyinib gələ bilməzdi. Bütün bu sadaladıqlarımın heç biri bu gün yoxdur. Ona görə də bayağılıq baş alıb gedir"."Yarımştat", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Bala – başa bəla!", "Qonşu qonşu olsa…" kimi onlarla komediya janrında olan televiziya tamaşalarına və filmlərə quruluş verən, Xalq artisti Ramiz Həsənoğlu bildirir ki, bu gün çəkilən komediya filmləri sırf kommersiya xarakterlidir. Ona baxan insanlar da kitab oxumur. Onlar belə filmlərə baxmağa üstünlük verirlər: "Səbəbini onunla izah edə bilərəm ki, bunun üzərində illərdir "iş gedir". Biz də onların "gözəl nəticələrini" görürük. Bu barədə düşünməyin vaxtı gəlib çatıb. Amma düşünürlərmi? Düşünəcəklərmi? Bu, sual altındadır".Rejissorun fikrincə, bayağılığın qarşını zamanla almaq olar. Amma gecikdirmək də olmaz. Onların qabağını almaq üçün dövlət səviyyəsində ciddi ölçülər götürmək lazımdır: "Həmin filmlər, özəl telekanllarda nümayiş olunan bayağı verilişlər xalqın səviyyəsini aşağı salır. Mədəniyyət nazirliyi bu bayağılığın qarşını almaq üçün ciddi addımlar atmalıdır ki, bu proseslərə təsir edə bilsinlər. Dövlət buna qarışmaldır ki, filmi maliyyələşdirən özəl qurumları vergilərdən azad etsinlər. Azad etsinlər ki, onlar maliyyə qazanmaq məqsədi ilə bayağı çəkilən filmlərə pul ayırmasınlar. Sənəti irəli çəkmək üçün maraq lazımdır. Bu da ancaq inkişaf etmiş cəmiyyətdə ola bilər. Təəssüf ki, bizdə təbəqələr tərs mütənasibdir".Kinoşünas Aygün Aslanlının sözlərinə görə iş elə gətirib ki, bizdə bu janr kommersiya xarakterli, yəni gəlir götürmək məqsədilə film çəkən sektorun "inhisarına" düşüb: "Komediya deyən kimi yadımıza "Bozbaş pikçers", Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev, "Bakılı oğlanlar" və s. və onların istehsal etdikləri filmlər və onlardan nümunə götürənlər düşür. Çox heyif! Çünki bu filmlər həm ssenari, həm rejissura, ən əsası isə təqdim etdikləri komik elementlər baxımından həddindən artıq zəifdir. Doğrudur, ilk zamanlar kütləvi tamaşaçı o filmlərin heç birini buraxmırdı, kinozallarda baxırdı, bəs eləmirdi, youtube-də baxırdı və s. Amma zamanla o tamaşaçı da doydu, hətta bezdi".Kinoşünas bildirir ki, son vaxtlar bu tipli filmlər heç kimin diqqətini çəkmir, sayları get-gedə azalır. Çünki o filmlərdə "sənət" dəyərləndirməsinə xas olan heç bir amil yoxdur. Həm bədii, həm peşəkarlıq baxımından – rejissura, operator işi, ssenari – keyfiyyətsizdir: "İkinci bir səbəbi də yuxarıda dediyim amildir. Belə deyək də, dəyərli film çəkmək istəyən rejissorlarımız komediya janrından qaçırlar, çünki bu janr bizdə yuxarıda sadaladığım faktorlarla assosiasiya olunur. Komediya deyən kimi dərhal "Bozbaş-pikçers", Şəmi-Şoşu, Xoxan-filan yada düşdüyünə görə, bu janrdan qaçırlar. Digər tərəfdən də komediya çəkmək dram, ya da melodram çəkməkdən daha çətindir. Yəqin ki, bunun da rolu var".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izlə!
https://sputnik.az/20220413/ramiz-hesenoglu-gunes-cixmalidir-ki-cicekler-acilsin----vdeo-441041813.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42212/69/422126925_194:0:1895:1276_1920x0_80_0_0_012e0575a6eef1b5fa682c463698c777.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kinolent, film, rejissor, komediya, kitab, kino
kinolent, film, rejissor, komediya, kitab, kino
Bayağı filmlərin qarşını almaq üçün hansı addımlar atmalıdır?
08:19 30.05.2022 (Yenilənib: 10:43 30.05.2022) Ramiz Həsənoğlunun fikrincə, bayağılığın qarşını zamanla almaq olar. Amma gecikdirmək də olmaz. Onların qabağını almaq üçün dövlət səviyyəsində ciddi ölçülər götürmək lazımdır.
BAKI, 30 may — Sputnik. Azərbaycan tamaşaçısı sovet dövründə çəkilən komediya filmlərinə dəfələrlə baxır, hər dəfə yayımlananda ilk dəfə görürmüş kimi izləyir. Son dövrlər çəkilən komediya filmləri üçün isə eyni sözü söyləyə bilmirik. Səbəb nədir? Zəif ssenari, zəif aktyor oyunu, yoxsa filmlərə maddi dəstəyin olmaması? Sputnik Azərbaycan bu problemi kino sahəsi ilə məşğul olan insanlarla araşdırıb.
Onlarla komediya filmi və televiziya tamaşalarında rol alan Xalq artisti İlham Namiq Kamal bildirir ki, Sovet dönəmində çəkilən komediya filmləri dövlət hesabına çəkilirdi. Bundan başqa, aktyor vurğulayır ki, o dönəmdə çəkilən filmlər peşəkar rejissorların əməyinin bəhrəsi idi: "Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə və digər peşəkarların tabloları idi o filmlər. Rejissor işi ilə yanaşı aktyorlar da peşəkar idi. Onların hər biri teatrlarda peşəkarlaşmış insanlar idi. Əksəriyyəti də teatr aktyorları idi. İndi də dünya ölkələrində filmlərə çəkilən aktyorların böyük bir qismi teatrda püxtələşmiş aktyorlardır".
Sənətkar əlavə edir ki, Sovet dönəmində janrından aslı olmayaraq filmlərə çox ciddi hazırlaşırdılar. Aktyorun qrimindən tutmuş, filmin çəkildiyi interyerə qədər hər şey zərgər dəqiqliyi ilə işlənirdi: "Elə götürək, mənim rol adlığım "Qaynana" filmini. Filmin rəssamı Nadir Zeynalov Cənnət xanımın evini pavilyonda tikib. Tamaşaçıların bəlkə də əksəriyyəti bunu bilmir. Hər kəs elə bilir ki, o ev İçərişəhərdədir. Görün rəssam onu nə qədər gözəl işləyib ki, tamaşaçı bunu ayırd edə bilmir. Orada operator işi, rejissor və aktyor işi bir-birini tamamladığına görə, Azərbaycan tamaşaçısı hələ də o filmi sevə-sevə izləyir. Bununla bərabər, Azərbaycanfilm kinostudiyasında geyim sexi var idi. Aktyorların geyimlərinə də nəzarət edilirdi. Hər kəs istədiyi geyimi geyinib gələ bilməzdi. Bütün bu sadaladıqlarımın heç biri bu gün yoxdur. Ona görə də bayağılıq baş alıb gedir".
"Yarımştat", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Bala – başa bəla!", "Qonşu qonşu olsa…" kimi onlarla komediya janrında olan televiziya tamaşalarına və filmlərə quruluş verən, Xalq artisti Ramiz Həsənoğlu bildirir ki, bu gün çəkilən komediya filmləri sırf kommersiya xarakterlidir. Ona baxan insanlar da kitab oxumur. Onlar belə filmlərə baxmağa üstünlük verirlər: "Səbəbini onunla izah edə bilərəm ki, bunun üzərində illərdir "iş gedir". Biz də onların "gözəl nəticələrini" görürük. Bu barədə düşünməyin vaxtı gəlib çatıb. Amma düşünürlərmi? Düşünəcəklərmi? Bu, sual altındadır".
Rejissorun fikrincə, bayağılığın qarşını zamanla almaq olar. Amma gecikdirmək də olmaz. Onların qabağını almaq üçün dövlət səviyyəsində ciddi ölçülər götürmək lazımdır: "Həmin filmlər, özəl telekanllarda nümayiş olunan bayağı verilişlər xalqın səviyyəsini aşağı salır. Mədəniyyət nazirliyi bu bayağılığın qarşını almaq üçün ciddi addımlar atmalıdır ki, bu proseslərə təsir edə bilsinlər. Dövlət buna qarışmaldır ki, filmi maliyyələşdirən özəl qurumları vergilərdən azad etsinlər. Azad etsinlər ki, onlar maliyyə qazanmaq məqsədi ilə bayağı çəkilən filmlərə pul ayırmasınlar. Sənəti irəli çəkmək üçün maraq lazımdır. Bu da ancaq inkişaf etmiş cəmiyyətdə ola bilər. Təəssüf ki, bizdə təbəqələr tərs mütənasibdir".
Kinoşünas Aygün Aslanlının sözlərinə görə iş elə gətirib ki, bizdə bu janr kommersiya xarakterli, yəni gəlir götürmək məqsədilə film çəkən sektorun "inhisarına" düşüb: "Komediya deyən kimi yadımıza "Bozbaş pikçers", Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev, "Bakılı oğlanlar" və s. və onların istehsal etdikləri filmlər və onlardan nümunə götürənlər düşür. Çox heyif! Çünki bu filmlər həm ssenari, həm rejissura, ən əsası isə təqdim etdikləri komik elementlər baxımından həddindən artıq zəifdir. Doğrudur, ilk zamanlar kütləvi tamaşaçı o filmlərin heç birini buraxmırdı, kinozallarda baxırdı, bəs eləmirdi, youtube-də baxırdı və s. Amma zamanla o tamaşaçı da doydu, hətta bezdi".
Kinoşünas bildirir ki, son vaxtlar bu tipli filmlər heç kimin diqqətini çəkmir, sayları get-gedə azalır. Çünki o filmlərdə "sənət" dəyərləndirməsinə xas olan heç bir amil yoxdur. Həm bədii, həm peşəkarlıq baxımından – rejissura, operator işi, ssenari – keyfiyyətsizdir: "İkinci bir səbəbi də yuxarıda dediyim amildir. Belə deyək də, dəyərli film çəkmək istəyən rejissorlarımız komediya janrından qaçırlar, çünki bu janr bizdə yuxarıda sadaladığım faktorlarla assosiasiya olunur. Komediya deyən kimi dərhal "Bozbaş-pikçers", Şəmi-Şoşu, Xoxan-filan yada düşdüyünə görə, bu janrdan qaçırlar. Digər tərəfdən də komediya çəkmək dram, ya da melodram çəkməkdən daha çətindir. Yəqin ki, bunun da rolu var".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izlə!