https://sputnik.az/20220413/ramiz-hesenoglu-gunes-cixmalidir-ki-cicekler-acilsin----vdeo-441041813.html
Ramiz Həsənoğlu: “Günəş çıxmalıdır ki, çiçəklər açılsın” - VİDEO
Ramiz Həsənoğlu: “Günəş çıxmalıdır ki, çiçəklər açılsın” - VİDEO
Sputnik Azərbaycan
Yəqin ki, elə bir azərbaycanlı tapılmaz ki, onun müəllifi olduğu filmlərə, televiziya tamaşalarına baxmasın. Yaşından, tutduğu statusundan aslı olmayaraq hər... 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T11:31+0400
2022-04-13T11:31+0400
2022-04-13T11:33+0400
aktyor
mədəniyyət
rejissor
kino
televiziya
obraz
ikinci qarabağ müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441041760_0:0:1800:1014_1920x0_80_0_0_e2a7ca83fadb7ddde4df7546d5b350cd.jpg
BAKI, 13 aprel — Sputnik. Bu gün Azərbaycan kino, televiziya və teatr tarixində misilsiz xidmətləri olan Xalq artisti Ramiz Həsənoğlunun doğum günüdür. O, 7-dən 77-ə qədər hər kəsin sevə-sevə izlədiyi “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qatarda”, “Kökdən düşmüş piano”, “Ordan-burdan”, “Ac həriflər” kimi onlarla televiziya tamaşalarının müəllifidir. Sənətkar kino və teatr tariximizdə də öz parlaq imzasını atıb. Sənətkarlala onun öz doğma ocağında - Azərbaycan televiziyasında həmsöhbət olduq.Mədəniyyət sahəsində böyük xidmətləri olan sənətkar özünü şanslı hesab edir. O, Azərbaycanda doğulduğuna görə, ziyalı ailəsində böyüdüyünə görə, hər zaman diqqət mərkəzində qaldığına və qayğı ilə əhatə olunduğun görə bəxtindən çox razıdır. Amma özündən razı deyil:“Çünki, mənə elə gəlir ki, daha çox iş görə bilərdim. Müəyyən zamanlarda etdiyim tənbəlliklərə, bu günün işini sabaha qoyduğuma görə peşmanam. Müəllifi olduğum hər işə canla-başla yanaşsam da, bəzən uğursuzluqlar da olub. Ad çəkməyəcəyəm, elə filmim var ki, ona hər dəfə böyük maraqla baxıram. Amma elə işlərim var ki, ona baxanda gözümü ekrandan çəkirəm. Düşünürəm ki, onu daha yaxşı edə bilərdim”.Müasir Azərbaycan kinosunun inkişafından söz açan sənətkar qeyd edir ki, bu sahə üçün mütləq geniş imkanlar açılmalıdır:"Kinoya yatırım etmək istəyən özəl şirkətləri vergidən azad etmək lazımdır ki, nəyəsə nail ola bilək. Hökumət onları vergidən azad etsə, onların da bu sahəyə yatırım etməyə marağı olacaq. Azərbaycanda istedadlı gənclər çoxdur. Onların öz bacarıqlarını üzə çıxarmaları üçün dövlət müəyyən addımlar atmaldır"Sənətkar istedadlı tələbələrinin olduğunu deyir:"Onları üzə çıxarmaq üçün şərait lazımdır. Başqa sözlə, günəş çıxmalıdır ki, çiçəklər açılsın. Cavanlara diqqət ayrılmalıdır ki, onlardan nəsə gözləyək. Kinonun inkişafı üçün mütləq dünya praktikasının yaxşı nümunələrindən yararlanmaq lazımdır”.R.Həsənoğlu 1996-cı ildə lentə aldığı “Fatehlərin divanı”nından bəhs edərkən qeyd edib ki, həmin əsəri Türkiyə ilə müştərək çəkiblər. Həmin vaxtadək Türkiyəli mütəxəssislərdə elə təcrübə olmayıb:“Orda prodüserim Ömər Çalışkan idi. Film hazır olandan sonra onu apardıq Türkiyəyə. Orda onların formatına uyğun altı seriya etdik və üstünə subtitrlər qoyduq. Gəlib baxıb deyirdilər ki, siz çox irəli getmisiniz, biz bunu bacarmırıq”.Rejissor “Fatehlərin divanı”nın əvvəlcə böyük bir serial kimi düşünüldüyünü deyir:"Təxminən 50 seriya olmalı idi. Amma təəssüf ki, onun cəmi 4 seriasını çəkməyə müvəffəq ola bildik. Orada yalnız Teymurləng əhvalatını əhatə edə bildik. Halbuki, o serial Mircəfər Bağırovda dayanmalı idi. Hökmdar və xalq, türk birliklərinin problemləri, səhifələri və digər məsələləri əhatə edəcəkdi. Mən bunu o zaman da, indi də deyirəm. Təəssüf ki, işin başına işdən anlayışı olmayanları gətirəndə belə bir mənzərə yaranır. Layihəni dayandırdılar. İndi də deyirlər gərək çəkərdiniz onun davamını. Türkiyədə “Möhtəşəm yüzyıl”, “Diriliş Ərtoğrul” kimi serallar çəkdilər. Halbuki, biz başlayanda onlarda belə seriallar yox idi”.- Səbəb nə idi, maliyyə problemi, yoxsa siyasi?- Xeyr, nə maliyyə problemi idi, nə də siyasi problem. Səbəb burnundan uzağı görməmək, sabahı fikirləşməmək idi. Hələ də maraqla izlənilir. Ona görə yox ki, orada mən işləmişəm. Orada bir-birindən dəyərli aktyorlarımız var. Rəssam işi, operator işi mükəmməl idi. Bundan başqa, həmin televiziya tamaşasında türk tarixinin şanlı, dramatik səhifələri var.Rejissor düşünür ki, həmin əsərə yenidən qayıtsa, daha mükəmməl iş ortaya qoymaq olar:“O vaxtlar texnika bu qədər inkişaf etməmişdi, imkanlar məhdud idi. Düşünürəm ki, biz həmin mövzuya yenidən qayıdacağıq”.Bu gün ölkəmizdə xeyli sayda komediya filmləri çəkilir. Həmin filmlərə baxan tamaşaçı yenidən o filmə baxmaq istəmir. Amma Sovet dövründə, hətta müstəqilliyimizin ilk illərində lentə alınmış komediyaları sevə-sevə izləyirlər.Həsənoğlu bayağı çəkilmiş komediya fimlərinin tüğyan etməsinin səbəbini belə izah edib:“O vaxt bir televiziya var idi. Bütün diqqət də ora yönəlmişdi. Bəsit ssenarini qəbul etməzdilər. İndi isə telekanalların sayı çoxalıb, onların da çoxu reklam hesabına dolanır. Bundan başqa, tamaşaçıların ümumi səviyyəsi də aşağıdır. O filmlər də həmin təbəqə üçün çəkilib. Reklama pul ayıranlar da onların zövqünü nəzərə alıb pul ayırırlar. Kinonu başlı-başına buraxmaq olmaz. Təkcə kinoya yox, teatrlara da, televiyialara da nəzarət olmalıdır. Bayağılığın qarşısını almaq, xalqın səviyyəsini qaldırmaq üçün mütləq nəzarət olmalıdır. Hansı kanalı açırsan, baxırsan ki, eyni cür verilişlər, bayağı komediyalar nümayiş olunur.- Senzura tətbiq olunmalıdırmı?- Tale elə gətirib ki, mən həm senzuranın tətbiq olduğu illərdə də işləmişəm, həm də senzuranın aradan qaldırıldığı illərdə də işlədim. Amma çox maraqlıdır ki, senzuranın qoyulduğu illərdə daha maraqlı işlər ərsəyə gəlirdi. Çünki, çalşırdıq ki, həm öz sözümüzü deyə bilək, həm də qaydaları pozmayaq. Məncə senzuranın yenidən tətbiqi ilə heç nəyə nail ola bilmərik. Həm tamaşıçının, həm yaradıcıların ümumi səviyyəsini qaldırsaq, senzuraya ehtiyac olmaz.- Ermənistan İkinci Qarabağ müharibəsi ilə bağlı "Bahar" adlı film çəkib. Məğlub tərəf, yəni Ermənistan bu məsələdə bizdən qabağa düşüb. Film ötən ay Yerevanda, bu ay isə ABŞ-da nümayiş olunub. Azərbaycan tamaşaçılarını narazı salan səbəb də budur ki, biz qalib olduğumuz halda, niyə hələ də müharibəni əks etdirən bədii film ekranlara çıxmayıb? Sizcə, səbəb nədir?- Ona görə ki, kinoya diqqət yoxdur. Müharibə filminin çəkilməsi üçün böyük maliyyə lazımdır. Bizdə kinonun yaxşı vəziyyəti yalnız sözdədir. “Kino düzəlir, inkişaf edir” sözü ilə kino düzəlməz. Bunun üçün bayaq sadaladığım addımlar atılmalıdır. Mən “Sübhün səfiri” filmini çəkəndə jurnalist sual verdi ki, “bu qədər tarixi film çəkmisiniz. Niyə bizim filmlərimiz “Oskar” qazana bilmir?” Dedim - siz baxdığınız dünyada tanınan bir tarixi filmin adını deyin. Filmin adını söylədi. Mənim həmin filmlə bağlı müəyyən informasiyalrım var idi. Dedim o filmin təkcə qrim və makiyaj xərcləri bizim ümumi filmimizin büdcəsidir. Bir filmin ortaya çıxması üçün 92 peşə sahibi çalışır. Bizdə isə kinoya aid olmayan insanlar bəzən hansısa filmə rəhbərlik edir. Deyirlər “əşi, neynirsiniz? Adamların sayını azaldın”. Filmdə bir adam bir neçə işi görməli olur. Ona görə də uğurlu film ərsəyə gəlmir. Sonra da deyirlər niyə “Oskar” ala bilmirik? Əlbəttə ala bilmərik. Bizdəki şərtlər altında çəkilmiş filmlə heç vaxt “Oskar” qazana bilmərik. Qarabağ haqqında çəkilmiş filmlərin dünyada nümayişinə gəldikdə isə, burada erməni diasporunun çox böyük rolu var.- Ötən il Türkiyə ilə müştərək filmlər çəkiləcəyi ilə bağlı təkliflər irəli sürüldü. Bu məsələ Azərbaycan kinematoqrafçılarının arasında fikir ayrılığı yaratdı. Bəziləri bunu alqışlasa da, digərləri buna qarşı çıxdı. Sizin bu məsələ ilə bağlı mövqeyinizi nədir?- Müştərək iş dünya təcrübəsində də var. Biz də zamanında etmişik. Təbii ki, hər kəs burada öz marağını güdəcək. Amma sağlam şəkildə bunu etmək və çox gözəl də nəticə almaq olar.Rejissor hesab edir ki, sənət adamları həssas olur. Odur ki, "aktyor yaşlandığına görə onu təqaüdə göndərmək olmaz"."Cavan aktyor yaşlı obrazını oynaya bilər. Amma yaşlı aktyorun obraza gətirdiyi hissləri tam çatdıra biməz. Vaxtilə Oleq Yefremov Moskva Akademik Bədaye Teatrında (MXAT) çox maraqlı bir addım atdı. Çex yazarı Osvald Zahradnik “Zərif saat üçün solo” əsərini tamaşaya qoydu. Həmin tamaşada həm gəncləri, həm də yaşlıları bir araya gətirdi. Teatr rəhbərlik edən adamlar bunu düşünməlidirlər. Mənim anam aktrisa idi. Onun da başına gəlib. Ona deyiblər ki, yerini boşalt, cavan adamı işə götürürük. Düzdür, biz çalışırdıq ki, o bu boşluğu hiss etməsin. Amma hər teatrın qarşısından keçəndə “ey gidi teatr” deyirdi”.P.s.Qeyd edək ki, Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutub. 2 yaşlı R.Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçüb. 1956-cı ildə ailə Bakıya gəlib. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayıb. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220129/seide-quliyeva-bizde-yaxsi-rejissor-barmaqla-sayilacaq-qederdir----vdeo-438637331.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441041760_0:0:1600:1200_1920x0_80_0_0_1b63325b159e2dd895f72f759451d851.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aktyor, rejissor, kino, televiziya, obraz, ikinci qarabağ müharibəsi
aktyor, rejissor, kino, televiziya, obraz, ikinci qarabağ müharibəsi
Ramiz Həsənoğlu: “Günəş çıxmalıdır ki, çiçəklər açılsın” - VİDEO
11:31 13.04.2022 (Yenilənib: 11:33 13.04.2022) Yəqin ki, elə bir azərbaycanlı tapılmaz ki, onun müəllifi olduğu filmlərə, televiziya tamaşalarına baxmasın. Yaşından, tutduğu statusundan aslı olmayaraq hər kəs Ramiz Həsənoğlunun müəllifi olan ekran işləri ilə tanışdır
BAKI, 13 aprel — Sputnik. Bu gün Azərbaycan kino, televiziya və teatr tarixində misilsiz xidmətləri olan Xalq artisti Ramiz Həsənoğlunun doğum günüdür. O, 7-dən 77-ə qədər hər kəsin sevə-sevə izlədiyi “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qatarda”, “Kökdən düşmüş piano”, “Ordan-burdan”, “Ac həriflər” kimi onlarla televiziya tamaşalarının müəllifidir. Sənətkar kino və teatr tariximizdə də öz parlaq imzasını atıb. Sənətkarlala onun öz doğma ocağında - Azərbaycan televiziyasında həmsöhbət olduq.
Mədəniyyət sahəsində böyük xidmətləri olan sənətkar özünü şanslı hesab edir. O, Azərbaycanda doğulduğuna görə, ziyalı ailəsində böyüdüyünə görə, hər zaman diqqət mərkəzində qaldığına və qayğı ilə əhatə olunduğun görə bəxtindən çox razıdır. Amma özündən razı deyil:
“Çünki, mənə elə gəlir ki, daha çox iş görə bilərdim. Müəyyən zamanlarda etdiyim tənbəlliklərə, bu günün işini sabaha qoyduğuma görə peşmanam. Müəllifi olduğum hər işə canla-başla yanaşsam da, bəzən uğursuzluqlar da olub. Ad çəkməyəcəyəm, elə filmim var ki, ona hər dəfə böyük maraqla baxıram. Amma elə işlərim var ki, ona baxanda gözümü ekrandan çəkirəm. Düşünürəm ki, onu daha yaxşı edə bilərdim”.
Müasir Azərbaycan kinosunun inkişafından söz açan sənətkar qeyd edir ki, bu sahə üçün mütləq geniş imkanlar açılmalıdır:
"Kinoya yatırım etmək istəyən özəl şirkətləri vergidən azad etmək lazımdır ki, nəyəsə nail ola bilək. Hökumət onları vergidən azad etsə, onların da bu sahəyə yatırım etməyə marağı olacaq. Azərbaycanda istedadlı gənclər çoxdur. Onların öz bacarıqlarını üzə çıxarmaları üçün dövlət müəyyən addımlar atmaldır"
Sənətkar istedadlı tələbələrinin olduğunu deyir:
"Onları üzə çıxarmaq üçün şərait lazımdır. Başqa sözlə, günəş çıxmalıdır ki, çiçəklər açılsın. Cavanlara diqqət ayrılmalıdır ki, onlardan nəsə gözləyək. Kinonun inkişafı üçün mütləq dünya praktikasının yaxşı nümunələrindən yararlanmaq lazımdır”.
R.Həsənoğlu 1996-cı ildə lentə aldığı “Fatehlərin divanı”nından bəhs edərkən qeyd edib ki, həmin əsəri Türkiyə ilə müştərək çəkiblər. Həmin vaxtadək Türkiyəli mütəxəssislərdə elə təcrübə olmayıb:
“Orda prodüserim Ömər Çalışkan idi. Film hazır olandan sonra onu apardıq Türkiyəyə. Orda onların formatına uyğun altı seriya etdik və üstünə subtitrlər qoyduq. Gəlib baxıb deyirdilər ki, siz çox irəli getmisiniz, biz bunu bacarmırıq”.
Rejissor “Fatehlərin divanı”nın əvvəlcə böyük bir serial kimi düşünüldüyünü deyir:
"Təxminən 50 seriya olmalı idi. Amma təəssüf ki, onun cəmi 4 seriasını çəkməyə müvəffəq ola bildik. Orada yalnız Teymurləng əhvalatını əhatə edə bildik. Halbuki, o serial Mircəfər Bağırovda dayanmalı idi. Hökmdar və xalq, türk birliklərinin problemləri, səhifələri və digər məsələləri əhatə edəcəkdi. Mən bunu o zaman da, indi də deyirəm. Təəssüf ki, işin başına işdən anlayışı olmayanları gətirəndə belə bir mənzərə yaranır. Layihəni dayandırdılar. İndi də deyirlər gərək çəkərdiniz onun davamını. Türkiyədə “Möhtəşəm yüzyıl”, “Diriliş Ərtoğrul” kimi serallar çəkdilər. Halbuki, biz başlayanda onlarda belə seriallar yox idi”.
- Səbəb nə idi, maliyyə problemi, yoxsa siyasi?
- Xeyr, nə maliyyə problemi idi, nə də siyasi problem. Səbəb burnundan uzağı görməmək, sabahı fikirləşməmək idi. Hələ də maraqla izlənilir. Ona görə yox ki, orada mən işləmişəm. Orada bir-birindən dəyərli aktyorlarımız var. Rəssam işi, operator işi mükəmməl idi. Bundan başqa, həmin televiziya tamaşasında türk tarixinin şanlı, dramatik səhifələri var.
Rejissor düşünür ki, həmin əsərə yenidən qayıtsa, daha mükəmməl iş ortaya qoymaq olar:
“O vaxtlar texnika bu qədər inkişaf etməmişdi, imkanlar məhdud idi. Düşünürəm ki, biz həmin mövzuya yenidən qayıdacağıq”.
Bu gün ölkəmizdə xeyli sayda komediya filmləri çəkilir. Həmin filmlərə baxan tamaşaçı yenidən o filmə baxmaq istəmir. Amma Sovet dövründə, hətta müstəqilliyimizin ilk illərində lentə alınmış komediyaları sevə-sevə izləyirlər.
Həsənoğlu bayağı çəkilmiş komediya fimlərinin tüğyan etməsinin səbəbini belə izah edib:
“O vaxt bir televiziya var idi. Bütün diqqət də ora yönəlmişdi. Bəsit ssenarini qəbul etməzdilər. İndi isə telekanalların sayı çoxalıb, onların da çoxu reklam hesabına dolanır. Bundan başqa, tamaşaçıların ümumi səviyyəsi də aşağıdır. O filmlər də həmin təbəqə üçün çəkilib. Reklama pul ayıranlar da onların zövqünü nəzərə alıb pul ayırırlar. Kinonu başlı-başına buraxmaq olmaz. Təkcə kinoya yox, teatrlara da, televiyialara da nəzarət olmalıdır. Bayağılığın qarşısını almaq, xalqın səviyyəsini qaldırmaq üçün mütləq nəzarət olmalıdır. Hansı kanalı açırsan, baxırsan ki, eyni cür verilişlər, bayağı komediyalar nümayiş olunur.
- Senzura tətbiq olunmalıdırmı?
- Tale elə gətirib ki, mən həm senzuranın tətbiq olduğu illərdə də işləmişəm, həm də senzuranın aradan qaldırıldığı illərdə də işlədim. Amma çox maraqlıdır ki, senzuranın qoyulduğu illərdə daha maraqlı işlər ərsəyə gəlirdi. Çünki, çalşırdıq ki, həm öz sözümüzü deyə bilək, həm də qaydaları pozmayaq. Məncə senzuranın yenidən tətbiqi ilə heç nəyə nail ola bilmərik. Həm tamaşıçının, həm yaradıcıların ümumi səviyyəsini qaldırsaq, senzuraya ehtiyac olmaz.
- Ermənistan İkinci Qarabağ müharibəsi ilə bağlı "Bahar" adlı film çəkib. Məğlub tərəf, yəni Ermənistan bu məsələdə bizdən qabağa düşüb. Film ötən ay Yerevanda, bu ay isə ABŞ-da nümayiş olunub. Azərbaycan tamaşaçılarını narazı salan səbəb də budur ki, biz qalib olduğumuz halda, niyə hələ də müharibəni əks etdirən bədii film ekranlara çıxmayıb? Sizcə, səbəb nədir?
- Ona görə ki, kinoya diqqət yoxdur. Müharibə filminin çəkilməsi üçün böyük maliyyə lazımdır. Bizdə kinonun yaxşı vəziyyəti yalnız sözdədir. “Kino düzəlir, inkişaf edir” sözü ilə kino düzəlməz. Bunun üçün bayaq sadaladığım addımlar atılmalıdır. Mən “Sübhün səfiri” filmini çəkəndə jurnalist sual verdi ki, “bu qədər tarixi film çəkmisiniz. Niyə bizim filmlərimiz “Oskar” qazana bilmir?” Dedim - siz baxdığınız dünyada tanınan bir tarixi filmin adını deyin. Filmin adını söylədi. Mənim həmin filmlə bağlı müəyyən informasiyalrım var idi. Dedim o filmin təkcə qrim və makiyaj xərcləri bizim ümumi filmimizin büdcəsidir. Bir filmin ortaya çıxması üçün 92 peşə sahibi çalışır. Bizdə isə kinoya aid olmayan insanlar bəzən hansısa filmə rəhbərlik edir. Deyirlər “əşi, neynirsiniz? Adamların sayını azaldın”. Filmdə bir adam bir neçə işi görməli olur. Ona görə də uğurlu film ərsəyə gəlmir. Sonra da deyirlər niyə “Oskar” ala bilmirik? Əlbəttə ala bilmərik. Bizdəki şərtlər altında çəkilmiş filmlə heç vaxt “Oskar” qazana bilmərik. Qarabağ haqqında çəkilmiş filmlərin dünyada nümayişinə gəldikdə isə, burada erməni diasporunun çox böyük rolu var.
- Ötən il Türkiyə ilə müştərək filmlər çəkiləcəyi ilə bağlı təkliflər irəli sürüldü. Bu məsələ Azərbaycan kinematoqrafçılarının arasında fikir ayrılığı yaratdı. Bəziləri bunu alqışlasa da, digərləri buna qarşı çıxdı. Sizin bu məsələ ilə bağlı mövqeyinizi nədir?
- Müştərək iş dünya təcrübəsində də var. Biz də zamanında etmişik. Təbii ki, hər kəs burada öz marağını güdəcək. Amma sağlam şəkildə bunu etmək və çox gözəl də nəticə almaq olar.
Rejissor hesab edir ki, sənət adamları həssas olur. Odur ki, "aktyor yaşlandığına görə onu təqaüdə göndərmək olmaz".
"Cavan aktyor yaşlı obrazını oynaya bilər. Amma yaşlı aktyorun obraza gətirdiyi hissləri tam çatdıra biməz. Vaxtilə Oleq Yefremov Moskva Akademik Bədaye Teatrında (MXAT) çox maraqlı bir addım atdı. Çex yazarı Osvald Zahradnik “Zərif saat üçün solo” əsərini tamaşaya qoydu. Həmin tamaşada həm gəncləri, həm də yaşlıları bir araya gətirdi. Teatr rəhbərlik edən adamlar bunu düşünməlidirlər. Mənim anam aktrisa idi. Onun da başına gəlib. Ona deyiblər ki, yerini boşalt, cavan adamı işə götürürük. Düzdür, biz çalışırdıq ki, o bu boşluğu hiss etməsin. Amma hər teatrın qarşısından keçəndə “ey gidi teatr” deyirdi”.
P.s.Qeyd edək ki, Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutub. 2 yaşlı R.Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçüb. 1956-cı ildə ailə Bakıya gəlib. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayıb. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.