Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yeni həftənin ilk gününün hava proqnozu məlum oldu

© Sputnik / Ilham MustafayevTovuz rayonunda taxılçılıq
Tovuz rayonunda taxılçılıq - Sputnik Azərbaycan, 1920, 29.05.2022
Abunə olmaq
Sabah bölgələrdə hava əsasən yağmursuz olsa da, bəzi dağlıq ərazilərdə arabir yağıntı olması ehtimalı mövcuddur.
BAKI, 29 may - Sputnik. Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
Göyçayda piyada zolaqları - Sputnik Azərbaycan, 1920, 11.04.2022
CƏMİYYƏT
Göyçayda piyada keçidinin nə olduğunu bilmirlər? Havalar düzələndə biləcəklər
Xəbər lenti
0