Göyçayda piyada keçidinin nə olduğunu bilmirlər? Havalar düzələndə biləcəklər
© Sputnik / Reshad RashidovGöyçayda piyada zolaqları
© Sputnik / Reshad Rashidov
Abunə olmaq
Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi bildirir ki, yağışlar kəsəndən sonra piyada zolaqlarını rəngləyəcəklər.
BAKI, 11 aprel — Sputnik. Paytaxt Bakı da daxil olmaqla bir çox rayonlarda olan piyada zolaqlarının silinməsi, bəzən aylarla yenilənməməsi sürücü və piyadların ölümünə, ən yaxşı halda maddi zərərə düşməsinə səbəb olur. Belə rayonlardan biri də Göyçaydır.
11-ci sinif şagirdi Samrat İbadov hər gün yolu piya keçməyə məcbur olan Göyçay sakinlərindən biridir. Deyir ki, onun kimi bir çox məktəblilər avtomobil yolunun bir tərəfindən digər hissəsinə keçənə qədər təhlükə ilə üz-üzə qalırlar. Piyadaların təhlükəsizliyini təmin etməli olan, əslində isə rayon sakinlərinin qəniminə çevrilən, adı olub, özü olmayan, ölüm saçan zolaqlar müvafıq qrumların ögey münasibətinə görə qəzalara yol açır.
"Mən və mənim kimi çox sayda məktəbli hər gün yolu keçməli oluruq. Burada piyada zolağının olmasına baxmayaraq, zolaqlar tamam silinib. Bura şəhərin mərkəzi hissəsidir və avtomobillərin əksəriyyəti buradan keçir. Sürücülər burada piyada keçidinin olduğunu bilmirlər. Çünki bunu göstərən nişan və zolaqlar yoxdur. Biz də hər dəfə yolu keçərkən böyük təhlükə isə üzləşirik. Bəzən piyadalar vurulması ilə nəticələnən ağır qəzalar baş verir", - Samrat İbadov bildirir.
© Sputnik / Reshad RashidovGöyçayda piyada zolaqları
Göyçayda piyada zolaqları
© Sputnik / Reshad Rashidov
Şəhər ərazisində piyada zolaqlarının silinməsi sakinlərin həyatı üçün təhlükə hesab edənlərdən biri də Hacı Ağakişiyevdir. Onun sözlərinə görə nişanlar, nişanlanma xətləri həmişə sürücülər üçün görünən olmalıdır. Hərəkət iştirakçıları istənilən hava şəriatində, gecə və gündüz saatlarında yolu lazımı məsafədən rahat şəkildə görməlidirlər.
Gündəlik bu ərazilərdən istifadə edən sürücülər özlərini yarana biləcək qəzalardan sığortalaya bilsələr də, yola bələd olmayanlar təhlükə yaradırlar:
"Şəhərin mərkəzində olan bu yol kəsişməsində dörd piyada keçidi var. Lakin piyada zolaqları tamamilə silinib. Bu isə həm həm piyadalar, həm də sürücülərin təhlükəsizliyinə maneə yaradır"
© Sputnik / Reshad RashidovGöyçayda piyada zolaqları
Göyçayda piyada zolaqları
© Sputnik / Reshad Rashidov
Göyçay rayon sakini sürücü Saxavət Qafarov küçə və prospektlərdəki piyada keçid xətlərinin olmamasından təngə gəlib. Deyir gündüz saatlarında piyadalara yol versələr də, gecə onları görə bilmirlər. Çünki gecə saatlarında bir çox küçələrdə işıqlandırma sistemi yoxdur, piyada keçidləri isə aidiyyatı orqanlar tərəfindən tamamilə unudulub:
"Şəhərdə ən çox piyada ölümü ilə nəticələnən qəzalar gecə saatlarında baş verir. Çünki şəhər sakinləri həmin piyada keçidlərindən istifadə etməyə vərdiş edib. Amma yola bələd olmayan sürücü burada piyada keçidinin olduğunu bilmir. Üstəlik işıqlandırma sistemi də zəifdir. Tez-tez qəza baş verir, piyadalar vurulur, sürücülər isə cinayət məsuliyyətinə cəlb edilir".
© Sputnik / Reshad RashidovGöyçayda piyada zolaqları
Göyçayda piyada zolaqları
© Sputnik / Reshad Rashidov
Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi, polis polkovniki Mübariz Ağayev Sputnik Azərbaycan-a Göyçaydakı mövcüd vəziyyətdən xəbərdar olduqlarını deyib. O bildirib ki, yaxın vaxtlarda problem aradan qaldırılacaq:
"Göyçay şəhəri ərazisində hərəkət iştirakçılarının təhlükəsizliyini və nizamlı hərəkətini təmin etmək üçün küçə və prospektlərdə nizamlama vasitələrinin yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Baş Dövlət Yol Polis İdarəsinin "Siqnal" ixtisaslaşdırılmış layihəsi çərçivəsində şəhər ərazisində ilk növbədə yol nişanlarının yenilənməsi, işıqforların işlək vəziyyətdə olması üçün müvafiq tədbirlər görülüb. Nişanlama xətlərinin yenilənməsi prosesinin ləngiməsi havaların yağmurlu keçməsi ilə əlaqədardır. Əlverişli hava şəraitində küçə və prospektlərdə nişanlanma xətləri yenilənəcək".
© Sputnik / Reshad RashidovGöyçayda piyada zolaqları
Göyçayda piyada zolaqları
© Sputnik / Reshad Rashidov
Bir sözlə, hava şəraiti əlverşili olana qədər Göyçayda piyada və sürücülər diqqətlərini yolun hərəkət hissəsinə daha çox cəmləməlidirlər ki, baş verə biləcək hadisədən özlərini qoruya bilsinlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.