https://sputnik.az/20220529/ekspert-avropa-2022-ci-ilde-rusiya-qazi-olmadan-yasaya-bilmez-442342257.html
Ekspert: Avropa 2022-ci ildə Rusiya qazı olmadan yaşaya bilməz
Ekspert: Avropa 2022-ci ildə Rusiya qazı olmadan yaşaya bilməz
Sputnik Azərbaycan
2021-ci ildə Avropa idxalının 45%-ni, ümumi istehlakının isə 40%-ni Rusiya qazı təşkil edib. 29.05.2022, Sputnik Azərbaycan
2022-05-29T14:56+0400
2022-05-29T14:56+0400
2022-05-29T14:56+0400
avropa
neft-qaz
qaz
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440888275_0:0:3087:1737_1920x0_80_0_0_c47a0b10b04a9f37a20291a49a466c0f.jpg
BAKI, 29 may — Sputnik. Avropanın qışa qədər Rusiya qazı olmadan yaşaya bilməyəcəyi dəqiqdir, çünki Rusiyadan olan tədarükləri əlavə mayeləşdirilmiş təbii qazla tez bir zamanda əvəz etmək mümkün olmayacaq.Bu barədə Mərkəzi Strateji Araşdırmalar Mərkəzinin Yanacaq-energetika kompleksinin iqtisadiyyatı şöbəsinin rəis müavini Sergey Kolobanovun RİA Novosti-yə verdiyi şərhdə deyilir.O, hesab edir ki, “Avropa 2022-ci ildə və 2023-cü ilin qışında Rusiya qazı olmadan dəqiq olaraq yaşamayacaq: ehtiyacları MTQ-ın (mayeləşdirilmiş təbii qaz) köməyi ilə tez bir zamanda əvəz etmək mümkün olmayacaq (hətta, dünyada “pulsuz” MTQ-ın o qədər də çox olmadığını nəzərə almasaq belə)”. Agentliyin həmsöhbəti qeyd edib ki, yalnız icarə müqavilələrinin rəsmiləşdirilməsi, üzən regazifikasiya terminallarının qaz nəqli sistemlərinə çatdırılması, quraşdırılması və qoşulması ən az yarım il çəkəcək.Ekspert hesab edir ki, hələlik, avropalıların 2022-ci ildə Rusiya boru kəməri qazının istehlakını, təxminən, 30 milyard kubmetr azaldacağını gözləmək olar. O, əlavə edir ki, son 4 ayda Rusiyadan Avropaya nəqlin azalması və digər ölkələrdən tədarükün artması artıq qeyd olunub, yəni balansın bərpasına başlanılıb. Bununla belə, onun başa çatması barədə 2024-2025-ci illərdən tez danışmaq mümkün olmayacaq, - deyə Kolobanov sözünü yekunlaşdırıb.Avropa Komissiyası Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra REPowerEU planını hazırlayıb. O, ilin sonuna kimi Rusiya qazının idxalının üçdə iki, yəni, təxminən, 100 milyard kubmetr azalmasını nəzərdə tutur.Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Avropa İttifaqı 2021-ci ildə Rusiyadan 155 milyard kubmetr təbii qaz idxal edib ki, bu da Avropa idxalının 45%-ni, ümumi istehlakının isə 40%-ni təşkil edir. Aİ diplomatiyasının rəhbəri Josep Borrell hesab edir ki, Aİ ölkələri iki il ərzində Rusiya qazından imtina edə biləcəklər.
https://sputnik.az/20220527/ukrayna-erazisinden-kecen-qaz-tranziti-ucun-muracietin-hecmi-44-mln-kubmetr-teskil-edib-442290265.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440888275_358:0:3087:2047_1920x0_80_0_0_9fc4bd083ff3017398ce5e33744baab6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, qaz, rusiya
Ekspert: Avropa 2022-ci ildə Rusiya qazı olmadan yaşaya bilməz
2021-ci ildə Avropa idxalının 45%-ni, ümumi istehlakının isə 40%-ni Rusiya qazı təşkil edib.
BAKI, 29 may — Sputnik. Avropanın qışa qədər Rusiya qazı olmadan yaşaya bilməyəcəyi dəqiqdir, çünki Rusiyadan olan tədarükləri əlavə mayeləşdirilmiş təbii qazla tez bir zamanda əvəz etmək mümkün olmayacaq.
Bu barədə Mərkəzi Strateji Araşdırmalar Mərkəzinin Yanacaq-energetika kompleksinin iqtisadiyyatı şöbəsinin rəis müavini Sergey Kolobanovun RİA Novosti-yə verdiyi şərhdə deyilir.
O, hesab edir ki, “Avropa 2022-ci ildə və 2023-cü ilin qışında Rusiya qazı olmadan dəqiq olaraq yaşamayacaq: ehtiyacları MTQ-ın (mayeləşdirilmiş təbii qaz) köməyi ilə tez bir zamanda əvəz etmək mümkün olmayacaq (hətta, dünyada “pulsuz” MTQ-ın o qədər də çox olmadığını nəzərə almasaq belə)”.
Agentliyin həmsöhbəti qeyd edib ki, yalnız icarə müqavilələrinin rəsmiləşdirilməsi, üzən regazifikasiya terminallarının qaz nəqli sistemlərinə çatdırılması, quraşdırılması və qoşulması ən az yarım il çəkəcək.
Ekspert hesab edir ki, hələlik, avropalıların 2022-ci ildə Rusiya boru kəməri qazının istehlakını, təxminən, 30 milyard kubmetr azaldacağını gözləmək olar. O, əlavə edir ki, son 4 ayda Rusiyadan Avropaya nəqlin azalması və digər ölkələrdən tədarükün artması artıq qeyd olunub, yəni balansın bərpasına başlanılıb. Bununla belə, onun başa çatması barədə 2024-2025-ci illərdən tez danışmaq mümkün olmayacaq, - deyə Kolobanov sözünü yekunlaşdırıb.
Avropa Komissiyası Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra REPowerEU planını hazırlayıb. O, ilin sonuna kimi Rusiya qazının idxalının üçdə iki, yəni, təxminən, 100 milyard kubmetr azalmasını nəzərdə tutur.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Avropa İttifaqı 2021-ci ildə Rusiyadan 155 milyard kubmetr təbii qaz idxal edib ki, bu da Avropa idxalının 45%-ni, ümumi istehlakının isə 40%-ni təşkil edir. Aİ diplomatiyasının rəhbəri Josep Borrell hesab edir ki, Aİ ölkələri iki il ərzində Rusiya qazından imtina edə biləcəklər.