https://sputnik.az/20220527/ukrayna-erazisinden-kecen-qaz-tranziti-ucun-muracietin-hecmi-44-mln-kubmetr-teskil-edib-442290265.html
Ukrayna ərazisindən keçən qaz tranziti üçün müraciətin həcmi 44 mln. kubmetr təşkil edib
Ukrayna ərazisindən keçən qaz tranziti üçün müraciətin həcmi 44 mln. kubmetr təşkil edib
Sputnik Azərbaycan
GIE-nin məlumatlarına əsasən, dünən səhər saatlarında Avropanın qaz anbarları orta hesabla 44,45% dolu olub. 27.05.2022, Sputnik Azərbaycan
2022-05-27T12:40+0400
2022-05-27T12:40+0400
2022-05-27T12:40+0400
rusiya
qaz
avropa
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441557200_0:247:3084:1982_1920x0_80_0_0_d7f7d3b65229cd75aa8726de76937a3e.jpg
BAKI, 27 may — Sputnik. Ukraynanın qaz ölçmə stansiyası operatorunun (UQÖSO) məlumatlarına görə, cümə günü Rusiyadan gələn və Ukrayna ərazisindən keçən qaz tranziti üçün müraciət artıq yeddinci gündür ki, 45 milyon kubmetrə yaxın səviyyədə davam edir.Mayın 27-nə olan məlumata görə "Sudca" Qaz Ölçmə Stansiyası (QÖS) vasitəsilə qazın nəqlinə dair sifariş 44 milyon kubmetrdir. Göstərici, mayın 21-dən başlayaraq bu həddə yaxın qalır. "Soxranovka" QÖS vasitəsilə müraciətlər isə sıfır səviyyəsində qalır.Mayın 11-dən Ukrayna Rusiya qüvvələrinin nəzarəti altında ("LXR" ərazisində) olduğunu əsas gətirərək, Soxranovka QÖS vasitəsilə tranzit üçün qaz qəbulunu dayandırıb. Nəticədə qazın Avropaya tranziti üçün yalnız bir giriş - "Sudca" QÖS qalıb."Qazprom" məlumat verib ki, bütün həcmlərin "Sudca"ya ötürülməsi texnoloji cəhətdən mümkün deyil, şirkət avropalı istehlakçılar qarşısında bütün öhdəliklərini yerinə yetirir, tranzit xidmətləri isə ödənilib.Nəticədə mayın əvvəlindən Rusiya qazının Ukrayna ərazisindən sutkada 90 milyon kubmetrdən yuxarı olan tranziti mayın 11-dən etibarən kəskin şəkildə azalıb.Həmin vaxtdan bəri "Qazprom" gündəlik olaraq Ukrayna ərazisindən Sudca QÖS-da təsdiqlədiyi həcmdə qaz tədarük etdiyini bildirir, Soxranovka QÖS üçün müraciətləri isə Ukrayna QNS operatoru rədd edir.Eyni zamanda, Rusiyadan Avropaya hazırda əsas qaz ixrac marşrutu olan "Şimal axını" ilə tədarük davamlı olaraq yüksəkdir. "Nord Stream AG" operatorunun məlumatına görə, onun vasitəsilə nəqllər sutkada təxminən 170 milyon kubmetr səviyyəsində saxlanılır.Belarus-Polşa dəhlizinə "Yamal-Avropa" vasitəsilə tranzitə gəlincə isə, Rusiya sanksiyaları hazırda "Qazprom"a magistralın Polşa hissəsindən istifadə etməyi qadağan edir.0əki məhdudiyyətlərə baxmayaraq, Avropada yeraltı anbarların doldurulması davam edir. Avropanın Qaz İnfrastrukturunun (Gas Infrastructure Europe - GIE) məlumatlarına əsasən, mayın 26-da səhər saatlarında Avropanın qaz anbarları orta hesabla 44,45% (gündəlik artım 0,4 faiz) dolub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441557200_182:0:2913:2048_1920x0_80_0_0_b9071dad67ebe726055a9a5b1bbfd985.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qaz, avropa, rusiya
Ukrayna ərazisindən keçən qaz tranziti üçün müraciətin həcmi 44 mln. kubmetr təşkil edib
GIE-nin məlumatlarına əsasən, dünən səhər saatlarında Avropanın qaz anbarları orta hesabla 44,45% dolu olub.
BAKI, 27 may — Sputnik. Ukraynanın qaz ölçmə stansiyası operatorunun (UQÖSO) məlumatlarına görə, cümə günü Rusiyadan gələn və Ukrayna ərazisindən keçən qaz tranziti üçün müraciət artıq yeddinci gündür ki, 45 milyon kubmetrə yaxın səviyyədə davam edir.
Mayın 27-nə olan məlumata görə "Sudca" Qaz Ölçmə Stansiyası (QÖS) vasitəsilə qazın nəqlinə dair sifariş 44 milyon kubmetrdir. Göstərici, mayın 21-dən başlayaraq bu həddə yaxın qalır. "Soxranovka" QÖS vasitəsilə müraciətlər isə sıfır səviyyəsində qalır.
Mayın 11-dən Ukrayna Rusiya qüvvələrinin nəzarəti altında ("LXR" ərazisində) olduğunu əsas gətirərək, Soxranovka QÖS vasitəsilə tranzit üçün qaz qəbulunu dayandırıb. Nəticədə qazın Avropaya tranziti üçün yalnız bir giriş - "Sudca" QÖS qalıb.
"Qazprom" məlumat verib ki, bütün həcmlərin "Sudca"ya ötürülməsi texnoloji cəhətdən mümkün deyil, şirkət avropalı istehlakçılar qarşısında bütün öhdəliklərini yerinə yetirir, tranzit xidmətləri isə ödənilib.
Nəticədə mayın əvvəlindən Rusiya qazının Ukrayna ərazisindən sutkada 90 milyon kubmetrdən yuxarı olan tranziti mayın 11-dən etibarən kəskin şəkildə azalıb.
Həmin vaxtdan bəri "Qazprom" gündəlik olaraq Ukrayna ərazisindən Sudca QÖS-da təsdiqlədiyi həcmdə qaz tədarük etdiyini bildirir, Soxranovka QÖS üçün müraciətləri isə Ukrayna QNS operatoru rədd edir.
Eyni zamanda, Rusiyadan Avropaya hazırda əsas qaz ixrac marşrutu olan "Şimal axını" ilə tədarük davamlı olaraq yüksəkdir. "Nord Stream AG" operatorunun məlumatına görə, onun vasitəsilə nəqllər sutkada təxminən 170 milyon kubmetr səviyyəsində saxlanılır.
Belarus-Polşa dəhlizinə "Yamal-Avropa" vasitəsilə tranzitə gəlincə isə, Rusiya sanksiyaları hazırda "Qazprom"a magistralın Polşa hissəsindən istifadə etməyi qadağan edir.
0əki məhdudiyyətlərə baxmayaraq, Avropada yeraltı anbarların doldurulması davam edir. Avropanın Qaz İnfrastrukturunun (Gas Infrastructure Europe - GIE) məlumatlarına əsasən, mayın 26-da səhər saatlarında Avropanın qaz anbarları orta hesabla 44,45% (gündəlik artım 0,4 faiz) dolub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.