https://sputnik.az/20220528/ust-meymunciceyine-gore-mehdudiyyetlere-ehtiyac-olmadigini-bildirir-442302226.html
ÜST meymunçiçəyinə görə məhdudiyyətlərə ehtiyac olmadığını bildirir
ÜST meymunçiçəyinə görə məhdudiyyətlərə ehtiyac olmadığını bildirir
Sputnik Azərbaycan
ÜST-ün rəsmisi bildirib ki, endemik dövlətlərin hüdudlarından kənarda səyahət məhdudiyyətlərinin tətbiq edilməsi tövsiyə edilmir. 28.05.2022, Sputnik Azərbaycan
2022-05-28T07:48+0400
2022-05-28T07:48+0400
2022-05-28T07:48+0400
üst
səhiyyə
virus
qızdırma
baş ağrısı
simptom
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442120993_0:134:3001:1822_1920x0_80_0_0_e8f240653d2dff6e22146fc2546ce1c1.jpg
BAKI, 28 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi epidemiyası səbəbiylə endemik dövlətlərin hüdudlarından kənarda səyahət məhdudiyyətləri tətbiq edilməsini tövsiyə etmir. Bunu ÜST-ün Yüksək Təhlükəli İnfeksiyalara Qlobal Hazırlıq Departamentinin direktoru Silvi Briand deyib."Biz səyahət qadağası və ya məhdudiyyətlər qoymağı tövsiyə etmirik", - deyə o, brifinqdə bildirib.Onun sözlərinə görə, ölkələr meymunçiçəyinin yayılmasına qarşı adekvat cavab tədbirləri tətbiq etməlidirlər və ilk növbədə, söhbət yoluxmuş şəxslərlə təmasda olunmaması, eləcə də onların təcrid olunmasından gedir.Eyni zamanda, ÜST-ün fövqəladə hallar proqramının çiçək xəstəliyi katibliyinin rəhbəri Rosamund Lyuis qeyd edib ki, təşkilat bu virusa görə kütləvi vaksinasiyaya ehtiyac görmür."Bu infeksiya əsasən yaxın fiziki təmasla ötürülür və ona görə də araşdırma və təcrid hal-hazırda əsas nəzarət üsulları olaraq qalır", - o deyib.Meymunçiçəyi nadir virus infeksiyasıdır və insanlar arasında da ötürülə bilər. Adətən bu xəstəlik yüngül keçir, xəstələrin əksəriyyəti bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verir.İlkin simptomlara qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, şişkin limfa düyünləri, titrəmə və taqətsizlik aiddir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan bir səpgi baş verə bilər.
https://sputnik.az/20220527/tebb-meymunciceyi-bezi-hallarda-olumle-neticelene-biler-442309967.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442120993_196:0:2803:1955_1920x0_80_0_0_3b74b004efd56013aa5c550473aed5e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
üst, virus, qızdırma, baş ağrısı, simptom
üst, virus, qızdırma, baş ağrısı, simptom
ÜST meymunçiçəyinə görə məhdudiyyətlərə ehtiyac olmadığını bildirir
ÜST-ün rəsmisi bildirib ki, endemik dövlətlərin hüdudlarından kənarda səyahət məhdudiyyətlərinin tətbiq edilməsi tövsiyə edilmir.
BAKI, 28 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi epidemiyası səbəbiylə endemik dövlətlərin hüdudlarından kənarda səyahət məhdudiyyətləri tətbiq edilməsini tövsiyə etmir. Bunu ÜST-ün Yüksək Təhlükəli İnfeksiyalara Qlobal Hazırlıq Departamentinin direktoru Silvi Briand deyib.
"Biz səyahət qadağası və ya məhdudiyyətlər qoymağı tövsiyə etmirik", - deyə o, brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkələr meymunçiçəyinin yayılmasına qarşı adekvat cavab tədbirləri tətbiq etməlidirlər və ilk növbədə, söhbət yoluxmuş şəxslərlə təmasda olunmaması, eləcə də onların təcrid olunmasından gedir.
Eyni zamanda, ÜST-ün fövqəladə hallar proqramının çiçək xəstəliyi katibliyinin rəhbəri Rosamund Lyuis qeyd edib ki, təşkilat bu virusa görə kütləvi vaksinasiyaya ehtiyac görmür.
"Bu infeksiya əsasən yaxın fiziki təmasla ötürülür və ona görə də araşdırma və təcrid hal-hazırda əsas nəzarət üsulları olaraq qalır", - o deyib.
Meymunçiçəyi nadir virus infeksiyasıdır və insanlar arasında da ötürülə bilər. Adətən bu xəstəlik yüngül keçir, xəstələrin əksəriyyəti bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verir.
İlkin simptomlara qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, şişkin limfa düyünləri, titrəmə və taqətsizlik aiddir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan bir səpgi baş verə bilər.