Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Türkiyə Prezidenti Azərbaycana gəlib

© Official website of President of Azerbaijan RepublicTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
Türkiyə Cümhuriyyətinin liderinin Azərbaycana səfəri bir gün çəkəcək.
BAKI, 28 may - Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb - Sputnik Azərbaycan, 1920, 25.05.2022
SİYASƏT
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib
Xəbər lenti
0