https://sputnik.az/20220525/receb-tayyib-erdogan-lham-eliyevi-tebrik-edib-442228394.html
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib
Sputnik Azərbaycan
“Bir millət, iki dövlət” şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə... 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T13:32+0400
2022-05-25T13:32+0400
2022-05-25T13:57+0400
ərdoğan
siyasət
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440031213_0:124:1857:1169_1920x0_80_0_0_2d0cb7dd4e7c4d61a56f8c284ea12e61.jpg
BAKI, 25 may — Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir:"Hörmətli cənab Prezident, Əziz Qardaşım.Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyur."Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram.Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifahının davamlı olması üçün ən xoş diləklərimi bir daha ifadə edirəm".Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden, Belarus Prezidenti Aleksandr Lukaşenko, Xorvatiya Prezidenti Zoran Milanoviç, Mərakeşin Kralı VI Məhəmməd, İsveçrənin Prezidenti İqnazio Kassis, Misirin Prezidenti Əbdülfəttah əs-Sisi və digər dövlət başçıları Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440031213_67:0:1790:1292_1920x0_80_0_0_37cf4d89b7c1b18c3c07fd5066dc6fe6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, prezident ilham əliyev
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, prezident ilham əliyev
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib
13:32 25.05.2022 (Yenilənib: 13:57 25.05.2022) “Bir millət, iki dövlət” şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm.
BAKI, 25 may — Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident, Əziz Qardaşım.
Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyur.
"Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifahının davamlı olması üçün ən xoş diləklərimi bir daha ifadə edirəm".
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden, Belarus Prezidenti Aleksandr Lukaşenko, Xorvatiya Prezidenti Zoran Milanoviç, Mərakeşin Kralı VI Məhəmməd, İsveçrənin Prezidenti İqnazio Kassis, Misirin Prezidenti Əbdülfəttah əs-Sisi və digər dövlət başçıları Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.