https://sputnik.az/20220528/turkiye-azerbaycan-qardasligi-tehlukesizlik-guven-ve-sabitlik-faktorudur---lham-eliyev-442326713.html
Türkiyə-Azərbaycan qardaşlığı təhlükəsizlik, güvən və sabitlik faktorudur - İlham Əliyev
Türkiyə-Azərbaycan qardaşlığı təhlükəsizlik, güvən və sabitlik faktorudur - İlham Əliyev
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib ki, Türkiyə-Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, o qədər... 28.05.2022, Sputnik Azərbaycan
2022-05-28T15:38+0400
2022-05-28T15:38+0400
2022-05-28T18:17+0400
siyasət
prezident ilham əliyev
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1a/442274186_0:161:3071:1888_1920x0_80_0_0_e0d94eff232b5e3931b360a724f79f85.jpg
BAKI, 28 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar."Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu, bölgə üçün, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, güvən, sabitlik faktorudur".Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib."Türkiyə-Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik.Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr edilmiş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə paradı qəbul etdik", - Prezident əlavə edib.Qeyd edək ki, prezidentlər festivalda Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının nümunəvi çıxışlarını izləyəcəklər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220528/turkiye-prezidenti-azerbaycana-gelib-442325716.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1a/442274186_170:0:2901:2048_1920x0_80_0_0_a6fbe4df8daf0db947dcca876834a527.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
prezident ilham əliyev, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Türkiyə-Azərbaycan qardaşlığı təhlükəsizlik, güvən və sabitlik faktorudur - İlham Əliyev
15:38 28.05.2022 (Yenilənib: 18:17 28.05.2022) Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib ki, Türkiyə-Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq.
BAKI, 28 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar.
"Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu, bölgə üçün, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, güvən, sabitlik faktorudur".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
"Türkiyə-Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik.
Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr edilmiş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə paradı qəbul etdik", - Prezident əlavə edib.
Qeyd edək ki, prezidentlər festivalda Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının nümunəvi çıxışlarını izləyəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.