Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Smart Qarabağ” Hakatonunun qalib komandaları bəlli olub

© Official website of President of Azerbaijan RepublicPrezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
“Smart Qarabağ” Hakatonu üzrə mükafat fondu 1-ci yer üzrə 10 min ABŞ dolları, 2-ci yer üzrə 5 min ABŞ dolları və 3-cü yer üzrə isə 3 min ABŞ dolları təşkil edir.
BAKI, 28 may - Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN), eləcə də Türkiyənin Teknoloji Takımı Vakfının (T3 Vakfı), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonunun qalib komandaları müəyyən edilib.
RİNN-in bu barədə yaydığı məlumata görə, Azərbaycandan 20 və Türkiyədən 10 komanda işğaldan azad edilmiş Qarabağın bərpası istiqamətində təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrində “Ağıllı həllər” hazırlayaraq münsiflər heyətinə təqdim edib.
Münsiflər heyəti mövzunun aktuallığı, konsepsiya və plan, həmçinin komandanın səriştəlilik potensialı, təqdimat bacarığı, istifadə olunan yeni texnologiyalar və təklif edilən texniki həllər, o cümlədən layihənin iqtisadi səmərəliliyi və reallaşma potensialını əsas götürərək qalib komandaları müəyyən edib.
Azərbaycanın “Safe Karabakh” komandası – “Safe Karabakh” mobil tətbiqi I yerin, Türkiyənin “Sytematör” komandası - SİNA dronu (Əkinçilik sahəsində zərərvericilərə qarşı istifadə olunan və ərazini dərmanlayan dron) II yerin, Türkiyənin A komandası – “Dayanıqlı ekoloji ağıllı şəhər modeli” III yerin qalibi olub.
“Smart Qarabağ” Hakatonu üzrə mükafat fondu 1-ci yer üzrə 10 min ABŞ dolları, 2-ci yer üzrə 5 min ABŞ dolları və 3-cü yer üzrə isə 3 min ABŞ dolları təşkil edir.
Bununla yanaşı, tapşırığı daha yaxşı həll etməyə çalışan 8 komandaya “Ən yaxşı layihə təqdimatı” nominasiyasında diplom və suvenir şəklində mükafat təqdim olunub. Bu nominasiyada təhsil sahəsi üzrə “Red Right Hand”, kənd təsərrüfatı sahəsi üzrə “Empticus”, nəqliyyat sahəsi üzrə “Landcopter”, ev təsərrüfatı sahəsi üzrə “Read Teammers”, enerji sərfiyyatı sahəsi üzrə “Buta Grup”, ətraf mühit sahəsi üzrə “İTU Bees R&D Team və təhlükəsizlik sahəsi üzrə “Ejder” komandası mükafatlandırılıb. Diplom nüfuz əlamətini ehtiva edir və pul ekvivalenti yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalında - Sputnik Azərbaycan, 1920, 28.05.2022
SİYASƏT
İlham Əliyev Əziz Səncər və Selçuk Bayraktarı gənclərə nümunə göstərdi
Xəbər lenti
0