SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Əziz Səncər və Selçuk Bayraktarı gənclərə nümunə göstərdi

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalında
Prezident İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalında - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
Azərbaycan prezidenti gənclərə xitabən söyləyib ki, onların da Əziz Səncər və Selçuk Bayraktar kimi olmağa çalışacaqlarına əmindir.
BAKI, 28 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib ki, bu festival bizim birliyimizin növbəti nümayişi və təzahürüdür.
Onun sözlərinə görə, "Teknofest" elm, inkişaf, bilik, texnologiya bayramıdır. Festivalda iştirak edən gənclər bu tarixi hər zaman yadda saxlayacaqlar:
"Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar".
Prezident festivala "Nobel" mükafatını almış türk alim Əziz Səncərin təşrif buyurduğunu xüsusilə qeyd edərək deyib:
"Əziz Səncərlə əvvəlki görüşümü xatırlayıram. Mənə dedi ki, onun hər zaman böyük arzusu var idi: Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdi. Bildirmişdi ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, olmuşam, Şuşanı da gördüm və bizi də çox xoşbəxt etdi. Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm də vətənpərvər insan. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız".
İlham Əliyev eyni zamanda Türkiyənin "Baykar Savunma" şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktarı səmimiyyətlə salamlayaraq deyib:
"Selçuk bəy nəinki "TEKNOFEST"in təşkilatçısı və təşəbbüskarı, eyni zamanda Selçuk bəy və Bayraktar ailəsi dünyada məşhur ailədir. İkinci Qarabağ savaşında məşhur "Bayraktar" sihalarının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm ki, Şuşanı görərkən bir daha gördü ki, Azərbaycan və Türkiyə istənilən qarşıda duran vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Gənclər üçün Selçuk bəy də gözəl nümunədir, örnəkdir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Səlcuq Bayraktar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.05.2022
QARABAĞ
Daha bir yüksək qonaq Şuşanı ziyarət edib
Xəbər lenti
0