https://sputnik.az/20220528/qiricilar-bakinin-semasinda-ulduz-ve-aypara-cekibler---video---442331453.html
Qırıcılar Bakının səmasında ulduz və aypara çəkiblər - video
Qırıcılar Bakının səmasında ulduz və aypara çəkiblər - video
Sputnik Azərbaycan
"TEKNOFEST" çərçivəsində Bakı səmasında göstərilən aviaşouda Türkiyə şahinləri öz ölkələrinin simvolu olan ay və ulduzu çəkiblər. 28.05.2022, Sputnik Azərbaycan
2022-05-28T18:30+0400
2022-05-28T18:30+0400
2022-05-28T18:30+0400
"f-35" qırıcıları
azərbaycan xəbərləri
türkiyə
bayraktar
bayraktar tb2s
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1c/442331017_0:0:1024:577_1920x0_80_0_0_a12114df17b246d7495eece59d04f75f.jpg
BAKI, 28 may. “Texnofest Azerbaijan” festivalı çərçivəsində Bakıda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının iştirakı ilə növbəti aviaşou keçirilib. Türkiyəli döyüşçülər Bakının səmasında beşguşəli ulduz və aypara - Türkiyə Cümhuriyyətinin bayrağının simvollarını çəkiblər.Qeyd edək ki, "TEKNOFEST" Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub."TEKNOFEST Azərbaycan" Festivalının təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və "Türkiye Teknoloji Takımı" – T3 Vəqfidir.Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.Bu il mayın 20-sinə olan məlumata əsasən, 45682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9897-dir.Sammitdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220528/eliyev-ve-erdogan-aile-uzvleri-ile-birlikde-baki-bulvarinda-hava-soularini-izleyibler--442328453.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1c/442331017_155:0:990:626_1920x0_80_0_0_a37e58eb842273bcbf855d95f61197d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"f-35" qırıcıları, türkiyə, bayraktar, bayraktar tb2s
"f-35" qırıcıları, türkiyə, bayraktar, bayraktar tb2s
Qırıcılar Bakının səmasında ulduz və aypara çəkiblər - video
"TEKNOFEST" çərçivəsində Bakı səmasında göstərilən aviaşouda Türkiyə şahinləri öz ölkələrinin simvolu olan ay və ulduzu çəkiblər.
BAKI, 28 may. “Texnofest Azerbaijan” festivalı çərçivəsində Bakıda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının iştirakı ilə növbəti aviaşou keçirilib.
Türkiyəli döyüşçülər Bakının səmasında beşguşəli ulduz və aypara - Türkiyə Cümhuriyyətinin bayrağının simvollarını çəkiblər.
Qeyd edək ki, "TEKNOFEST" Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub.
"TEKNOFEST Azərbaycan" Festivalının təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və "Türkiye Teknoloji Takımı" – T3 Vəqfidir.
Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
Bu il mayın 20-sinə olan məlumata əsasən, 45682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9897-dir.
Sammitdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.
Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.