SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyev və Ərdoğan ailə üzvləri ilə birlikdə Bakı bulvarında hava şoularını izləyiblər

© Official website of President of Azerbaijan RepublicPrezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
Liderlər "TEKNOFEST-Azərbaycan" Festivalında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının nümunəvi çıxışlarını izləyiblər.
BAKI, 28 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST-Azərbaycan" Festivalında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının nümunəvi çıxışlarını izləyiblər.
Aviaşounu izləyənlər arasında “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva, Nobel mükafatı laureatı professor Əziz Sancar da olub.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST Azərbaycan” Festivalının keçirildiyi məkana gəliblər.
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış edərək Festival barədə məlumat verib, tədbirin Azərbaycanda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Dünya şöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Sancar çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əhəmiyyətini vurğuladı, “TEKNOFEST Azərbaycan” Festivalının təşkilinə görə minnətdarlığını ifadə edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Çıxışlardan sonra Festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.
Mükafatları qaliblərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Nobel mükafatı laureatı professor Əziz Sancar təqdim ediblər.
Prezidentlər İlham ƏIiyev, Rəcəb Tayyib Ərdoğan və görkəmli alim Əziz Sancar xatirə fotosu çəkdiriblər.
Dövlət başçılarına və Əziz Sancara “TEKNOFEST Azərbaycan” Festivalının xatirə hədiyyələri təqdim olunub.
Birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva xatirə fotoları çəkdirilbər.
Sonra hər iki qardaş ölkənin rəsmi nümayəndələri birgə foto çəkdiriblər.
Mərasimdən sonra Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan sərgi zonasındakı pavilyonlarla tanış olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalında - Sputnik Azərbaycan, 1920, 28.05.2022
SİYASƏT
İlham Əliyev Əziz Səncər və Selçuk Bayraktarı gənclərə nümunə göstərdi
Xəbər lenti
0