QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Daha bir yüksək qonaq Şuşanı ziyarət edib

© Photo : Facebook / Selçuk BayraktarSəlcuq Bayraktar, arxiv şəkli
Səlcuq Bayraktar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
"Baykar Savunma" şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Azərbaycanın mədəniyyət paytaxtındadır.
BAKI, 27 may — Sputnik. Türkiyənin "Baykar Savunma" şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Şuşaya gedib. O, Cıdır düzündə olub.
Qeyd edək ki, "TEKNOFEST" Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub.
"TEKNOFEST Azərbaycan" Festivalının təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və "Türkiye Teknoloji Takımı" – T3 Vəqfidir.
Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
Bu il mayın 20-sinə olan məlumata əsasən, 45682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9897-dir.
Sammitdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.
Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0