https://sputnik.az/20220528/erdogan-yene-bextiyar-vahabzadenin-seirine-muraciet-etdi-442332055.html
Ərdoğan yenə Bəxtiyar Vahabzadənin şeirinə müraciət etdi
Ərdoğan yenə Bəxtiyar Vahabzadənin şeirinə müraciət etdi
Sputnik Azərbaycan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı mərhum xalq şairi Bəxtiyar Vahabzadənin... 28.05.2022, Sputnik Azərbaycan
2022-05-28T19:22+0400
2022-05-28T19:22+0400
2022-05-28T21:11+0400
cəmiyyət
ərdoğan
rəcəb tayyip ərdoğan
bəxtiyar vahabzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1c/442333657_0:0:698:392_1920x0_80_0_0_956384cdcfa5ad75230ddba852867bb1.jpg
BAKI, 28 may - Sputnik. Bu il Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla qeyd edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk.Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.“Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulmuş olsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”, - Türkiyə Prezidenti vurğulayıb.Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasındakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin məşhur şerindəki misralarla ifadə edib:Bir ananın iki oğlu,Bir ağacın iki qolu,O da ulu, bu da ulu,Azərbaycan, Türkiyə.Dinimiz bir, dilimiz bir,Ayımız bir, ilimiz bir,Eşqimiz bir, yolumuz bir,Azərbaycan, Türkiyə.Qeyd edək ki, Ərdoğan Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəni türk dünyasının böyük ədiblərindən biri adlandırıb və onu çox sevdiyini deyib. Bu səbəbdən də, o, Azərbaycanla Türkiyənin həyata keçirdiyi birgə tədbirlərdə şairin şeirlərindən misralar səsləndirir. Ərdoğan bu dəfə də ənənəsinə sadiq qalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220528/eliyev-ve-erdogan-aile-uzvleri-ile-birlikde-baki-bulvarinda-hava-soularini-izleyibler--442328453.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1c/442333657_0:0:698:524_1920x0_80_0_0_3405516e1a8d656bdf0d85f601ba984e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, bəxtiyar vahabzadə
ərdoğan, rəcəb tayyip ərdoğan, bəxtiyar vahabzadə
Ərdoğan yenə Bəxtiyar Vahabzadənin şeirinə müraciət etdi
19:22 28.05.2022 (Yenilənib: 21:11 28.05.2022) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı mərhum xalq şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirini səsləndirib.
BAKI, 28 may - Sputnik. Bu il Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla qeyd edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.
“Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulmuş olsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”, - Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasındakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin məşhur şerindəki misralarla ifadə edib:
Dinimiz bir, dilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Qeyd edək ki, Ərdoğan Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəni türk dünyasının böyük ədiblərindən biri adlandırıb və onu çox sevdiyini deyib. Bu səbəbdən də, o, Azərbaycanla Türkiyənin həyata keçirdiyi birgə tədbirlərdə şairin şeirlərindən misralar səsləndirir. Ərdoğan bu dəfə də ənənəsinə sadiq qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.