https://sputnik.az/20220527/yaxin-zamanda-agilli-qaz-saygaclari-qurasdirilacaq-442289409.html
Ağıllı qaz sayğaclarının quraşdırılması qanunla təsbit olundu
Ağıllı qaz sayğaclarının quraşdırılması qanunla təsbit olundu
Sputnik Azərbaycan
Mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçılar ağıllı sayğaclarla təmin ediləcəklər. 27.05.2022, Sputnik Azərbaycan
2022-05-27T12:27+0400
2022-05-27T12:27+0400
2022-05-27T12:28+0400
cəmiyyət
qaz
sayğac
milli məclis
https://cdnn1.img.sputnik.az/img/41070/42/410704282_0:14:2001:1139_1920x0_80_0_0_b3df128655c25c0e0eb3b9bb1c5dd7d5.jpg
BAKI, 27 may - Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Layihəyə əsasən, istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 11-ci maddəsinə (istehlak olunan enerjinin hesablanmasına) uyğun olaraq həyata keçiriləcək.“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 11-ci maddəsinə əsasən, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyu istehlakçılarını ağıllı sayğaclarla təchiz edir.Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir.Yuxarıda nəzərdə tutulmuş hallarda ağıllı sayğacların quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olması enerji təchizatçıları tərəfindən əsaslandırılmalıdır.Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır.İstilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri bu qanun nəzərə alınmaqla quraşdırır.Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.Qanun təsdiq edildiyi təqdirdə 1 iyul 2022-ci ildən qüvvəyə minəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220527/qanunvericiliyimize-kritik-informasiya-infrastrukturu-anlayisi-getirilir-442288104.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41070/42/410704282_0:0:1811:1358_1920x0_80_0_0_4ebe9476e681e84c5fabb65ba4d3e14c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qaz, sayğac, milli məclis
qaz, sayğac, milli məclis
Ağıllı qaz sayğaclarının quraşdırılması qanunla təsbit olundu
12:27 27.05.2022 (Yenilənib: 12:28 27.05.2022) Mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçılar ağıllı sayğaclarla təmin ediləcəklər.
BAKI, 27 may - Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Layihəyə əsasən, istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 11-ci maddəsinə (istehlak olunan enerjinin hesablanmasına) uyğun olaraq həyata keçiriləcək.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 11-ci maddəsinə əsasən, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyu istehlakçılarını ağıllı sayğaclarla təchiz edir.
Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir.
Yuxarıda nəzərdə tutulmuş hallarda ağıllı sayğacların quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olması enerji təchizatçıları tərəfindən əsaslandırılmalıdır.
Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır.
İstilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri bu qanun nəzərə alınmaqla quraşdırır.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Qanun təsdiq edildiyi təqdirdə 1 iyul 2022-ci ildən qüvvəyə minəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.