CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunvericiliyimizə “kritik informasiya infrastrukturu” anlayışı gətirilir

© Depositphotos.com / Ilfedesənəd
sənəd - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
İl ərzində dünya iqtisadiyyatına kibertəhlükəsizliyin pozulmasına görə dəyən zərər təxminən 10 trilyon dollara yaxındır.
BAKI, 27 may-Sputnik. Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qanun layihəsi və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə məlumat verib.
Komitə sədri müasir dövrdə informasiyanın mühafizəsinin hər bir dövlət üçün mühüm həyati məsələ olmasından və kibertəhlükəsizliyin təmin edilməsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, hər iki qanun layihəsi bununla bağlıdır. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni fəsilin əlavə edilməsi təklif olunur. Bununla da qanunvericiliyimizə “kritik informasiya infrastrukturu” anlayışı gətirilir.
© Photo : Facebook.com / zahid.oruc.3Zahid Oruc, millət vəkili
Zahid Oruc, millət vəkili - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Zahid Oruc, millət vəkili
"Kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinə prioritet məsələ kimi baxılmasının zərurətini nəzərə alaraq və Azərbaycanda kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 17 aprel 2021-ci il tarixində “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalanıb".
Qeyd olunan qanun layihəsində kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən edilir.
İclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili kibertəhlükəsizliyin pozulmasının dünyada ən çox iqtisadi sahəyə ziyan vurduğunu diqqətə çatdırıb:
© Sputnik / Murad OrujovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
"İl ərzində dünya iqtisadiyyatına kibertəhlükəsizliyin pozulmasına görə dəyən zərər təxminən 10 trilyon dollara yaxındır. Bu isə dünya iqtisadiyyatının illik inkişafından iki dəfə çoxdur. Bu gün dünya sürətlə rəqəmsallaşmaqdadır və bu sahənin ciddi şəkildə qorunmasına ehtiyac var. Bu baxımdan layihə ölkənin iqtisadi təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Təqdirəlayiq haldır ki, qanunda kibertəhlükəsizliyin qorunması baxımından 10-a yaxın konkret sahə müəyyən olunub. Kibertəhlükəsizliyin qorunması təkcə dövlətin və hökumətin deyil, bütövlükdə cəmiyyətin funksiyasıdır".
Deputat bu qanunun qəbul edilməsinin ümumilikdə iqtisadiyyatımızın inkişafında öz rolunu oynayacağına inamını ifadə edib.
Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik ilə bağlı bildirilib ki, bu dəyişiklik “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun tələblərinin pozulması zamanı yaranan inzibati məsuliyyəti özündə ehtiva edir və buna görə məcəllədə cərimələr nəzərdə tutulur.
Müzakirələr zamanı çıxış edən deputatlar Azərbaycanda informasiya təhlükəsizliyinin qorunmasında əldə edilmiş uğurlardan danışıblar, müzakirə olunan qanun layihəsinin əhəmiyyətini qeyd ediblər.
Müzakirələrdən sonra hər iki qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0