https://sputnik.az/20220527/efv-serencami-imzalanacaqmi---kimler-efv-oluna-biler-442292393.html
Əfv sərəncamı imzalanacaqmı? - Kimlər əfv oluna bilər
Əfv sərəncamı imzalanacaqmı? - Kimlər əfv oluna bilər
Sputnik Azərbaycan
Əfv Komissiyasının üzvü bildirib ki, Müstəqillik Günü ilə əlaqədar əfvin imzalanması ilə bağlı cəmiyyətdə gözləntilər var. 27.05.2022, Sputnik Azərbaycan
2022-05-27T13:33+0400
2022-05-27T13:33+0400
2022-05-27T13:33+0400
cəmiyyət
əfv sərəncamı
komissiya
https://cdnn1.img.sputnik.az/img/40941/95/409419544_38:0:1000:541_1920x0_80_0_0_6ba9e2ddc943f33a31fadba294c97aa6.jpg
BAKI, 27 may — Sputnik. Bu gün 28 May - Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirdiyi iclaslar başa çatıb. Ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb. Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunub.Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Komissiyanın ümumilikdə 6 iclası keçirilib. Onun sözlərinə görə, üst-üstə 20 saatdan çox vaxt aparan iclaslarda 600-dən çox müraciətə baxılıb.Araşdırılma aparılaraq müvafiq rəylər hazırlanıb, sənədlər prezidentə təqdim olunub. Komissiya üzvü bildirib ki, əfv hüququ birbaşa ölkə başçısının müstəsna səlahiyyətlərinə aid olduğundan, son qərarı da prezident verəcək:Ə.Nuriyev onu da qeyd edib ki, Müstəqillik Günü ilə əlaqədar əfvin imzalanması ilə bağlı cəmiyyətdə gözləntilər var:"Tarixə diqqət yetirsək də görərik ki, Azərbaycanın tarixi günlərində, milli bayramlarda əfv sərəncamları verilib. Biz də bu qərarın veriləcəyini gözləyirik".Onun sözlərinə görə, əfvetmə komissiyasına daxil olan müraciətlərlə bağlı hər zaman qanunvericiliyə uyğun olan kriteriyalarla qiymətləndirmələr aparılır. Bu kriteriyanın ancaq birinə əsaslanaraq qərar qəbul edilmir. Kriteriyalar tam olaraq götürülür, qərarlar qəbul edilir:"Əfv Komissiyasının əsasnaməsində ("Əfvetmə haqqında Əsasnamə") törədilmiş cinayətin təhlükəlilik dərəcəsi, məhbusun ailə vəziyyəti, himayəsində olan uşaqlar, məhkumun şəxsiyyəti, sağlamlıq vəziyyəti, zərərçəkmişin mövqeyi, əvvəllər məhkum edilib-edilməməsi, amnistiya, əfv aktlarından istifadə edib-etməməsi və s. diqqət edilən məsələlər var. Əfv zamanı cinayətin xarakteristikası, hansı üsulla həyata keçirildiyi belə qiymətləndirilir. Məhkumun cəzanın çəkilmə müddətinin nə qədər olduğuna da diqqət yetirilir. Zərərçəkmişin mövqeyi nəzərə alınır. Çünki, istənilən qəbul ediləcək qərarlar insan talelərinə toxunur. Azad ediləcək şəxsin kriminogen vəziyyətə təsiri nəzərə alınır. Burada islaha meyillilik amili də priotetdir. Əfv üçün müraciət etmiş şəxsin dövlət qarşısında mövqeyi də nəzərə alınır. Bir sözlə dövlət, cəmiyyət və şəxsin maraqları arasında ortaq bir balans əldə edilərək qərar qəbul edilir".Ə.Nuriyev deyir ki, əfvə düşən şəxslərin il ərzində heç bir faizi belə təkrar cinayət məsuliyyətinə cəlb olunmur. Bu isə seçimin doğru aparıldığının göstəricisidir.Komissiya üzvü bildirir ki, ölkə prezidenti hər zaman olduğu kimi mərhəmət, şəfqət, humanizm prinsiplərinə önəm verir.Onun sözlərinə görə, bu əfv sərəncamı imzalanarsa sayca 68-ci əfv sərəncamı ola bilər. İndiyədək imzalanan 67 əfv sərəncamının 35-i prezidnet İlham Əliyev tərəfindən imzalanıb. Əfv sərəncamları nəticəsində 5 minə qədər şəxs cəzadan azad edilib və ya cəza müddəti azaldılıb.Qeyd edək ki, dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalayacağı gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220522/huquq-mudafiecileri-sisirdilmis-cezalara-qarsi-hakim-niye-ozunu-prokuror-kimi-aparir---442144602.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40941/95/409419544_279:0:1000:541_1920x0_80_0_0_8ef2fe32937c754cf20ed855947967f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
əfv sərəncamı, komissiya
Əfv sərəncamı imzalanacaqmı? - Kimlər əfv oluna bilər
Əfv Komissiyasının üzvü bildirib ki, Müstəqillik Günü ilə əlaqədar əfvin imzalanması ilə bağlı cəmiyyətdə gözləntilər var.
BAKI, 27 may — Sputnik. Bu gün 28 May - Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirdiyi iclaslar başa çatıb. Ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb. Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunub.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Komissiyanın ümumilikdə 6 iclası keçirilib. Onun sözlərinə görə, üst-üstə 20 saatdan çox vaxt aparan iclaslarda 600-dən çox müraciətə baxılıb.
Araşdırılma aparılaraq müvafiq rəylər hazırlanıb, sənədlər prezidentə təqdim olunub. Komissiya üzvü bildirib ki, əfv hüququ birbaşa ölkə başçısının müstəsna səlahiyyətlərinə aid olduğundan, son qərarı da prezident verəcək:
"Əfv siyahısında kimlərin olacağı, qərarın nə zaman veriləcəyi də prezident tərəfindən müəyyən edilir".
Ə.Nuriyev onu da qeyd edib ki, Müstəqillik Günü ilə əlaqədar əfvin imzalanması ilə bağlı cəmiyyətdə gözləntilər var:
"Tarixə diqqət yetirsək də görərik ki, Azərbaycanın tarixi günlərində, milli bayramlarda əfv sərəncamları verilib. Biz də bu qərarın veriləcəyini gözləyirik".
Onun sözlərinə görə, əfvetmə komissiyasına daxil olan müraciətlərlə bağlı hər zaman qanunvericiliyə uyğun olan kriteriyalarla qiymətləndirmələr aparılır. Bu kriteriyanın ancaq birinə əsaslanaraq qərar qəbul edilmir. Kriteriyalar tam olaraq götürülür, qərarlar qəbul edilir:
"Əfv Komissiyasının əsasnaməsində ("Əfvetmə haqqında Əsasnamə") törədilmiş cinayətin təhlükəlilik dərəcəsi, məhbusun ailə vəziyyəti, himayəsində olan uşaqlar, məhkumun şəxsiyyəti, sağlamlıq vəziyyəti, zərərçəkmişin mövqeyi, əvvəllər məhkum edilib-edilməməsi, amnistiya, əfv aktlarından istifadə edib-etməməsi və s. diqqət edilən məsələlər var. Əfv zamanı cinayətin xarakteristikası, hansı üsulla həyata keçirildiyi belə qiymətləndirilir. Məhkumun cəzanın çəkilmə müddətinin nə qədər olduğuna da diqqət yetirilir. Zərərçəkmişin mövqeyi nəzərə alınır. Çünki, istənilən qəbul ediləcək qərarlar insan talelərinə toxunur. Azad ediləcək şəxsin kriminogen vəziyyətə təsiri nəzərə alınır. Burada islaha meyillilik amili də priotetdir. Əfv üçün müraciət etmiş şəxsin dövlət qarşısında mövqeyi də nəzərə alınır. Bir sözlə dövlət, cəmiyyət və şəxsin maraqları arasında ortaq bir balans əldə edilərək qərar qəbul edilir".
Ə.Nuriyev deyir ki, əfvə düşən şəxslərin il ərzində heç bir faizi belə təkrar cinayət məsuliyyətinə cəlb olunmur. Bu isə seçimin doğru aparıldığının göstəricisidir.
Komissiya üzvü bildirir ki, ölkə prezidenti hər zaman olduğu kimi mərhəmət, şəfqət, humanizm prinsiplərinə önəm verir.
Onun sözlərinə görə, bu əfv sərəncamı imzalanarsa sayca 68-ci əfv sərəncamı ola bilər. İndiyədək imzalanan 67 əfv sərəncamının 35-i prezidnet İlham Əliyev tərəfindən imzalanıb. Əfv sərəncamları nəticəsində 5 minə qədər şəxs cəzadan azad edilib və ya cəza müddəti azaldılıb.
Qeyd edək ki, dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalayacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.