https://sputnik.az/20220522/huquq-mudafiecileri-sisirdilmis-cezalara-qarsi-hakim-niye-ozunu-prokuror-kimi-aparir---442144602.html
Hüquq müdafiəçiləri şişirdilmiş cəzalara qarşı: Hakim niyə özünü prokuror kimi aparır?
Hüquq müdafiəçiləri şişirdilmiş cəzalara qarşı: Hakim niyə özünü prokuror kimi aparır?
Sputnik Azərbaycan
Vəkil hesab edir ki, oğurluğa görə uzunmüddətli həbs qərarı verilməməlidir, çünki həmin şəxslər içəridə daha böyük cinayətlər törətməyə meyillənirlər. 22.05.2022, Sputnik Azərbaycan
2022-05-22T23:16+0400
2022-05-22T23:16+0400
2022-05-22T23:16+0400
əfv
cəmiyyət
cəza
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929547_0:160:3072:1888_1920x0_80_0_0_575a15b68f7403bfe10fb98d5f517dfe.jpg
BAKI, 22 may — Sputnik. Bəzən baş vermiş cinayət hadisəsinə nəzər saldıqda görürsən ki, qurbanın özü vəziyyətin belə gərginləşməsinə səbəb olub. Ona görə də cəzalar təyin olunanda bu detal mütləq nəzərə alınmalıdır.Bu sözləri insan hüquqlarının müdafiəçisi, vəkil Türkel Süleymanlı Azərbaycanda çox vaxt cinayət törədənlərə verilən cəzanın adekvat olmadığı barədə iddialara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, cəza təyin olunarkən ağırlaşdırıcı və yüngülləşdirici hallar nəzərə alınır. Zərərçəkənin köməksiz vəziyyətindən istifadə etmək, cinayəti xüsusi amansızlıqla törətmək, ilkin yardımın göstərilməsi kimi halların cəzaların təyin olunmasına təsiri var. Bundan başqa, cəza təyin olunanadək şəxsin törətdiyi əməli dərk etməsi, bacardığı qədər qarşı tərəfə ziyanının müəyyən hissəsini ödəməyə çalışması, öhdəsində azyaşlı uşağın olması, maddi vəziyyətinin ağır olması və s. kimi amillər yüngülləşdirici hal kimi başa düşülür.Vəkil hesab edir ki, cinayət işi ilə bağlı təqdimat vermək hüququ birbaşa işlə məşğul olan ittihamçı prokurora verilməli, sənədə də prokurorun müavini deyil, məhz özü imza atmalıdır: "Nə üçün baş prokurorun müavini sənədə qol çəkməli, sonradan ondan təzyiq vasitəsi kimi istifadə edilməlidir".T.Süleymanlının sözlərinə görə cinayət işlərində şəffaflıq yoxdur. Çünki məhkəmə sədrlərinin çoxu keçmiş prokurorlardır. Qanunvericilikdə bununla bağlı hansısa qadağa olmasa da, əksər hallarda məhkəmə sədrlərinin daha əvvəllər prokuror olması verdikləri qərarlara təsir edir: "Bu hakimlər qərar verərkən daha çox prokurorluğun mövqeyindən çıxış edirlər. Cinayət işlərində qərarlar tam obyektiv şəkildə verilmir. Müəyyən hallarda prokurorluğun diqtəsi rol oynayır, bəzən ortada sübut olmadığı halda hakim yüksək cəza təyin edir".Vəkil hesab edir ki, məhkəmələrdə məruzə sistemi ləğv olunmalıdır. Çünki hakimlər hansısa cinayət işini sədrə məruzə edir, ondan icazə alırlar. Bu isə təməl prinsiplərə ziddir: "Hakim tam müstəqil olmalıdır. Bu gün məhkəmə sədrləri hakimlərin müdiri kimi davranırlar. Halbuki hər bir hakim üçün ancaq konstitusiya rəhbər olmalıdır".Həmsöhbətimizin dediyinə görə bir şəxsə Apellyasiya Məhkəməsində bir neçə dəfə bəraət verildiyi halda Ali Məhkəmə bu qərarı qəbul etməyib: "Azərbaycanda vətəndaş yüz faiz günahsız olduğu halda ona bəraət verilir. Əgər həmin şəxs günahsızdırsa, niyə hakimlər buna görə narahat edilir? Məhkəmənin bu işə baxması üçün niyə bu qədər vəsait xərclənməlidir?"."Cinayətə görə cəza yalnız Cinayət Məcəlləsinə əsasən təyin olunur. Onun formalaşmasında beynəlxalq konvensiyaların böyük rolu var. Azərbaycanda cəzalar kifayət qədər sərtdir, yumşaq deyil, bu istiqamətdə bəzi dəyişikliklərə ehtiyac var. Baxın, Avropa və Türkiyədə xuliqanlıq maddəsi ilə cinayət işi olmasa da, Azərbaycanda küçədə kimlərsə dava edirsə, buna görə cinayət işi açılır", - vəkil deyib. T.Süleymanlı şüşə sındırmağa görə xuliqanlıq maddəsi ilə cəza nəzərdə tutulmasının absurd olduğunu düşünür: "Şəxs heç kəsə fiziki xəsarət yetirməyibsə, oğurladığı 2500 maatlıq telefona görə lazım olan vəsaiti qaytarıbsa, nə üçün o, türmədə yatmalıdır və onun məhbus kimi saxlanılmasına görə dövlət tərəfindən 5 ildə təxminən 25 min manat vəsait xərclənməlidir?! Əlbəttə ağır narkotiklərə görə cəzalar sərt olmalıdır, lakin yüngül narkotiklərə görə cəzaları liberallaşdırmaq lazımdır. Kimsə marixuana çəkibsə, bunu satmırsa, ətrafa yaymırsa, ona 2-3 il həbs verib dövlətin pulunu xərcləmək məntiqsizdir".Vəkilin fikrincə, zorakılıq tərkibi olmayan hallarla bağlı şəxsə bir neçə ay cəza verilərsə, bundan əlavə o həm də maddi ziyanı qarşılayarsa, azadlığa çıxdıqda bir daha eyni yola əl atmayacaq. Lakin əksinə, şəxs uzun müddət içəridə qalarsa, həmin mühitin təsirinə düşərsə, yenidən cəmiyyətə qayıtdıqda o, böyük təhlükə mənbəyi ola bilər:"Məsələn, həbsdə ikən həmin şəxs narkomanların əhatəsində ola, yaxud hansısa ağır xəstəliyə yoluxa bilər. İçəridə məsələn, vərəm xəstəliyi taparsa, o, azadlığa çıxdıqda cəmiyyət üçün böyük təhlükə olacaq". Hüquq müdafiəçisi Çingiz Qənizadə də hesab edir ki, bizdə əmələ görə verilən cəza çoxdur və adekvat deyil. Bəzi cəzalar sadələşdirilməlidir. Lakin elə oğurluq halları var ki, qarşı tərəfə böyük iztirablar yaşada bilər. Belə cinayətlərə adi hal kimi baxmaq olmaz:"Ola bilər ki, kiminsə oğurlanmış əmlakı ona dəyə biləcək fiziki xəsarətdən qat-qat artıq zərbə vurub. İnsanlar uzun illər qəpik-qəpik yığaraq zinət əşyaları alırlar ki, sabah övladının gələcəyi üçün yatırım olsun. Təsəvvür edin, qəfil bir yaramaz bunları oğurlayır. Həmin vaxt ailənin keçirdiyi iztirab xəsarət alan şəxsin iztirabından heç də az olmur".Ç.Qənizadə vurğulayır ki, ehtiyatsızlıq ucbatından törədilən cinayətlərlə bağlı Cinayət Məcəlləsinin sanksiya hissəsində müəyyən yumşaldıcı hallar nəzərdə tutulur.Narkomanlara gəlincə, hüquq müdafiəçisi hesab edir ki, onların üzərində normadan artıq narkotik maddə aşkarlandıqda, həbs qərarınını verilməsinin tərəfdarı deyil. Çünki onlar da spirtli içki aludəçiləri kimi xəstədirlər. Bu şəxsləri azadlıqdan məhrum etməklə, cəmiyyətdən təcrid etməklə sağalmaları üçün hansısa addımı atmış olmuruq. Yaxşı olar ki, bu şəxslər azadlıqdan məhrum edilmək əvəzinə narkomaniyadan müalicə müəssisələrinə yerləşdirilsin. Bundan başqa, Ç.Qənizadə ömürlük azadlıqdan məhrumetmə ilə bağlı həbs cəzasının müddətinə yenidən baxılmasına ehtiyac olduğunu vurğulayıb: "Bu cəzaya məhkum olunan şəxslərin ailələri zərərdəyən şəxslərin ailələri ilə barışıblarsa, qarşı tərəf müraciət edərək həmin şəxsi bağışladıqlarını deyirsə, onun ömürlük azadlıqdan məhrum edilməsi məsələsinə baxılması yaxşı olardı".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929547_171:0:2902:2048_1920x0_80_0_0_1524cfdf4581df29243be85726db6e65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əfv, cəza
Hüquq müdafiəçiləri şişirdilmiş cəzalara qarşı: Hakim niyə özünü prokuror kimi aparır?
Vəkil hesab edir ki, oğurluğa görə uzunmüddətli həbs qərarı verilməməlidir, çünki həmin şəxslər içəridə daha böyük cinayətlər törətməyə meyillənirlər.
BAKI, 22 may — Sputnik. Bəzən baş vermiş cinayət hadisəsinə nəzər saldıqda görürsən ki, qurbanın özü vəziyyətin belə gərginləşməsinə səbəb olub. Ona görə də cəzalar təyin olunanda bu detal mütləq nəzərə alınmalıdır.
Bu sözləri insan hüquqlarının müdafiəçisi, vəkil Türkel Süleymanlı Azərbaycanda çox vaxt cinayət törədənlərə verilən cəzanın adekvat olmadığı barədə iddialara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, cəza təyin olunarkən ağırlaşdırıcı və yüngülləşdirici hallar nəzərə alınır. Zərərçəkənin köməksiz vəziyyətindən istifadə etmək, cinayəti xüsusi amansızlıqla törətmək, ilkin yardımın göstərilməsi kimi halların cəzaların təyin olunmasına təsiri var. Bundan başqa, cəza təyin olunanadək şəxsin törətdiyi əməli dərk etməsi, bacardığı qədər qarşı tərəfə ziyanının müəyyən hissəsini ödəməyə çalışması, öhdəsində azyaşlı uşağın olması, maddi vəziyyətinin ağır olması və s. kimi amillər yüngülləşdirici hal kimi başa düşülür.
Vəkil hesab edir ki, cinayət işi ilə bağlı təqdimat vermək hüququ birbaşa işlə məşğul olan ittihamçı prokurora verilməli, sənədə də prokurorun müavini deyil, məhz özü imza atmalıdır: "Nə üçün baş prokurorun müavini sənədə qol çəkməli, sonradan ondan təzyiq vasitəsi kimi istifadə edilməlidir".
T.Süleymanlının sözlərinə görə cinayət işlərində şəffaflıq yoxdur. Çünki məhkəmə sədrlərinin çoxu keçmiş prokurorlardır. Qanunvericilikdə bununla bağlı hansısa qadağa olmasa da, əksər hallarda məhkəmə sədrlərinin daha əvvəllər prokuror olması verdikləri qərarlara təsir edir:
"Bu hakimlər qərar verərkən daha çox prokurorluğun mövqeyindən çıxış edirlər. Cinayət işlərində qərarlar tam obyektiv şəkildə verilmir. Müəyyən hallarda prokurorluğun diqtəsi rol oynayır, bəzən ortada sübut olmadığı halda hakim yüksək cəza təyin edir".
Vəkil hesab edir ki, məhkəmələrdə məruzə sistemi ləğv olunmalıdır. Çünki hakimlər hansısa cinayət işini sədrə məruzə edir, ondan icazə alırlar. Bu isə təməl prinsiplərə ziddir:
"Hakim tam müstəqil olmalıdır. Bu gün məhkəmə sədrləri hakimlərin müdiri kimi davranırlar. Halbuki hər bir hakim üçün ancaq konstitusiya rəhbər olmalıdır".
Həmsöhbətimizin dediyinə görə bir şəxsə Apellyasiya Məhkəməsində bir neçə dəfə bəraət verildiyi halda Ali Məhkəmə bu qərarı qəbul etməyib:
"Azərbaycanda vətəndaş yüz faiz günahsız olduğu halda ona bəraət verilir. Əgər həmin şəxs günahsızdırsa, niyə hakimlər buna görə narahat edilir? Məhkəmənin bu işə baxması üçün niyə bu qədər vəsait xərclənməlidir?".
"Cinayətə görə cəza yalnız Cinayət Məcəlləsinə əsasən təyin olunur. Onun formalaşmasında beynəlxalq konvensiyaların böyük rolu var. Azərbaycanda cəzalar kifayət qədər sərtdir, yumşaq deyil, bu istiqamətdə bəzi dəyişikliklərə ehtiyac var. Baxın, Avropa və Türkiyədə xuliqanlıq maddəsi ilə cinayət işi olmasa da, Azərbaycanda küçədə kimlərsə dava edirsə, buna görə cinayət işi açılır", - vəkil deyib.
T.Süleymanlı şüşə sındırmağa görə xuliqanlıq maddəsi ilə cəza nəzərdə tutulmasının absurd olduğunu düşünür:
"Şəxs heç kəsə fiziki xəsarət yetirməyibsə, oğurladığı 2500 maatlıq telefona görə lazım olan vəsaiti qaytarıbsa, nə üçün o, türmədə yatmalıdır və onun məhbus kimi saxlanılmasına görə dövlət tərəfindən 5 ildə təxminən 25 min manat vəsait xərclənməlidir?! Əlbəttə ağır narkotiklərə görə cəzalar sərt olmalıdır, lakin yüngül narkotiklərə görə cəzaları liberallaşdırmaq lazımdır. Kimsə marixuana çəkibsə, bunu satmırsa, ətrafa yaymırsa, ona 2-3 il həbs verib dövlətin pulunu xərcləmək məntiqsizdir".
Vəkilin fikrincə, zorakılıq tərkibi olmayan hallarla bağlı şəxsə bir neçə ay cəza verilərsə, bundan əlavə o həm də maddi ziyanı qarşılayarsa, azadlığa çıxdıqda bir daha eyni yola əl atmayacaq. Lakin əksinə, şəxs uzun müddət içəridə qalarsa, həmin mühitin təsirinə düşərsə, yenidən cəmiyyətə qayıtdıqda o, böyük təhlükə mənbəyi ola bilər:
"Məsələn, həbsdə ikən həmin şəxs narkomanların əhatəsində ola, yaxud hansısa ağır xəstəliyə yoluxa bilər. İçəridə məsələn, vərəm xəstəliyi taparsa, o, azadlığa çıxdıqda cəmiyyət üçün böyük təhlükə olacaq".
Hüquq müdafiəçisi Çingiz Qənizadə də hesab edir ki, bizdə əmələ görə verilən cəza çoxdur və adekvat deyil. Bəzi cəzalar sadələşdirilməlidir. Lakin elə oğurluq halları var ki, qarşı tərəfə böyük iztirablar yaşada bilər. Belə cinayətlərə adi hal kimi baxmaq olmaz:
"Ola bilər ki, kiminsə oğurlanmış əmlakı ona dəyə biləcək fiziki xəsarətdən qat-qat artıq zərbə vurub. İnsanlar uzun illər qəpik-qəpik yığaraq zinət əşyaları alırlar ki, sabah övladının gələcəyi üçün yatırım olsun. Təsəvvür edin, qəfil bir yaramaz bunları oğurlayır. Həmin vaxt ailənin keçirdiyi iztirab xəsarət alan şəxsin iztirabından heç də az olmur".
Ç.Qənizadə vurğulayır ki, ehtiyatsızlıq ucbatından törədilən cinayətlərlə bağlı Cinayət Məcəlləsinin sanksiya hissəsində müəyyən yumşaldıcı hallar nəzərdə tutulur.
Narkomanlara gəlincə, hüquq müdafiəçisi hesab edir ki, onların üzərində normadan artıq narkotik maddə aşkarlandıqda, həbs qərarınını verilməsinin tərəfdarı deyil. Çünki onlar da spirtli içki aludəçiləri kimi xəstədirlər. Bu şəxsləri azadlıqdan məhrum etməklə, cəmiyyətdən təcrid etməklə sağalmaları üçün hansısa addımı atmış olmuruq. Yaxşı olar ki, bu şəxslər azadlıqdan məhrum edilmək əvəzinə narkomaniyadan müalicə müəssisələrinə yerləşdirilsin.
Bundan başqa, Ç.Qənizadə ömürlük azadlıqdan məhrumetmə ilə bağlı həbs cəzasının müddətinə yenidən baxılmasına ehtiyac olduğunu vurğulayıb: "Bu cəzaya məhkum olunan şəxslərin ailələri zərərdəyən şəxslərin ailələri ilə barışıblarsa, qarşı tərəf müraciət edərək həmin şəxsi bağışladıqlarını deyirsə, onun ömürlük azadlıqdan məhrum edilməsi məsələsinə baxılması yaxşı olardı".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.