Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha bir azərbaycanlı boksçu Yerevanda erməniyə qalib gəlib

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidBoks
Boks - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
Elmir Nəbiyevdən sonra daha bir azərbaycanlı boksçu ermənini məğlub edib
BAKI, 27 may — Sputnik. Azərbaycan əsilli daha bir boksçu Yerevanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.
48 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdov Bareqam Harutyunyana tam üstünlüklə - 5:0-la qalib gəlib.
Qeyd edək ki, 23 yaşlı boksçu "2020 Yay Olimpiya Oyunları"da yüngül çəki dərəcəsində yarışıb. O, daha sonra 2021-ci il Dünya Çempionatında kişilər arasında minimum çəki dərəcəsində mübarizə aparıb və bürünc medal qazanıb.
Xatırladaq ki, bir neçə gün öncə Ukrayna millisində çıxış edən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsindəki ilk görüşündə 3:2 hesabla Ermənistan təmsilçisi Canik Sahakyana qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Боксер сборной Азербайджана Альфонсо Домингес - Sputnik Azərbaycan, 1920, 07.08.2021
İDMAN
Kubalı boksçu: Tokioda Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam
Xəbər lenti
0