Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Növbəti il "TEKNOFEST"də beşinci nəsil qırıcı təyyarələr nümayiş olunacaq

© AP Photo / KENAN GURBUZF-16
F-16 - Sputnik Azərbaycan, 1920, 26.05.2022
Abunə olmaq
"TEKNOFEST"də dünyanın 25 ölkəsindən 50-dən çox komanda və minlərlə iştirakçı təmsil olunur.
BAKI, 26 may — Sputnik. "TEKNOFEST Azərbaycan" festivalında iştirak komandaların gələcəkdə şirkət, texnologiya istehsalçısı kimi formalaşmasına imkan verəcək.
Bunu Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" festivalının rəsmi açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir bildirib ki, 4 gün ərzində komandalar öz layihələri üzərində işləyəcək, festivalda təmsil olunan investorlar bu layihələrə maraq göstərəcəklər.
R.Nəbiyevin sözlərinə görə, "TEKNOFEST"də dünyanın 25 ölkəsindən 50-dən çox komanda və minlərlə iştirakçı təmsil olunur.
Nazir qeyd edib ki, gənclər bizim qürur mənbəyimizdir: "Məhz Ali Baş Komandanın rəhbərliyi ilə gənclərimiz 30 ilə qədər işğalda olan torpaqlarımızı azad edib. Bu zəfərdə bütün nəsillərin rolu var. "TEKNOFEST" 6 ay ərzində bizə birgə işləməyi və məhsulları bölüşməyi təşviq edib, insanların texnologiyaya marağını artırıb".
Festival çərçivəsində Türkiyə Müdafiyə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir APA-ya açıqlamasında bildirib ki, Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi gələn il nümayiş etdiriləcək.
O bildirib ki, Türkiyənin beşinci nəsil qırıcı təyyarələri 2 il sonra havaya qaldırılacaq: "İlk beş il ərzində bu qırıcı təyyarələrin mühərrikləri xaricdən alınacaq. 5 il sonra isə Türkiyə qırıcı təyyarə mühərriklərinin istehsalına başlayacaq".
Qeyd edək ki, bu gündən etibarən Bakıda "TEKNOFEST Azərbaycan" festivalına start verilib. Festivalın son günü mayın 29-dur.
“Teknofest-2022”: ilk gün - Sputnik Azərbaycan, 1920, 26.05.2022
VİDEO
“Teknofest-2022”: ilk gün
Xəbər lenti
0