Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Teknofest-2022”: ilk gün

Abunə olmaq
Bakıda “Teknofest-2022” aerokosmik və texnoloji festivalı başlayıb. “Baku Crystal Hall”da və Bakı Dənizkənarı Bulvarın ərazisində keçirilən tədbir mayın 29-dək davam edəcək. Daha ətraflı - videoda.
“Teknofest-2022” çərçivəsində 8 nominasiya üzrə texnoloji müsabiqələr, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.
Tədbirin sərgi hissəsində tərəfdaşlıq qurumların məhsulları və onların həlləri, gənclər tərəfindən hazırlanmış prototiplər və “STEM” layihələri, həmçinin açıq statik ərazidə pilotsuz uçuş aparatları və helikopterlərin sərgisi nümayiş olunacaq.
Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.
“Teknofest” Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiyə Texnologiya Komandası Fondunun (T3) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Xəbər lenti
0