https://sputnik.az/20220525/maliyye-naziri-maaslardan-danisib-442236010.html
Maliyyə naziri maaşlardan danışıb
Maliyyə naziri maaşlardan danışıb
Sputnik Azərbaycan
Bu il bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. İnflyasiya kəskinləşib. 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T17:30+0400
2022-05-25T17:30+0400
2022-05-25T17:32+0400
maaş
iqtisadiyyat
inflyasiya
samir şərifov
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_0:0:2000:1125_1920x0_80_0_0_920fb3f69600286bfc571653b58e7f6e.jpg
BAKI, 25 may — Sputnik. Xaricdən gələn inflyasiyanın təsirini hansısa formada azaltmaq çətindir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycanın 2021-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.İnflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdırAPA-nın məlumatına görə, nazir bildirib ki, daxili mənbələrdən buna təsir göstərə bilərik:"Cari ildə bunun qarşısını almaq üçün addımların atılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığı ilə cari ildə bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. Biz bunu sonsuz edə bilmərik, çünki inflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır. Biz pulu nə qədər çox versək, bu, inflyasiyanın azalmasına gətirib çıxarmayacaq, əksinə, artıracaq".İnflyasiyanın nəzərdə tutulduğundan artıq olmasının təsirini görürükO bildirib ki, keçən il üçün proqnozumuzda inflyasiya 3% idi, amma faktiki 6%-dən çox olub. İnflyasiyanı proqnozlaşdıra bilməmişik:İnflyasiya kəskinləşibNazir bildirib ki, ümumdaxili məhsulun real artım səviyyəsi 2021-ci ildə nəzərdə tutulduğundan xeyli çox olub. Neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulanla müqayisədə 70 faizdən artıq yüksək olub:"Bu da icmal büdcənin kəsirsiz icra olunmasına münbit şərait yaradıb. Ötən il sabit milli valyutanın məzənnəsi şəraitində ölkəmizin iqtisadi inkişafına mənfi təsirlər də var idi. Bu təsirlər əsasən xarici faktorlarla bağlı idi. Söhbət inflyasiyanın artmasından gedir. Bizim ölkəmizdə də nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi oldu. İnflyasiyanın artmasının əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır. Cari ildə də proses təəssüf ki, davam edir və hətta daha da kəskinləşib".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220525/maliyye-naziri-azerbaycanda-bas-veren-inflyasiyanin-sebebini-aciqladi-442229606.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_227:0:2000:1330_1920x0_80_0_0_884aca34c5a3f67879716c90bfffa324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
maaş, inflyasiya, samir şərifov
maaş, inflyasiya, samir şərifov
Maliyyə naziri maaşlardan danışıb
17:30 25.05.2022 (Yenilənib: 17:32 25.05.2022) Bu il bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. İnflyasiya kəskinləşib.
BAKI, 25 may — Sputnik. Xaricdən gələn inflyasiyanın təsirini hansısa formada azaltmaq çətindir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycanın 2021-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
İnflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır
APA-nın məlumatına görə, nazir bildirib ki, daxili mənbələrdən buna təsir göstərə bilərik:
"Cari ildə bunun qarşısını almaq üçün addımların atılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığı ilə cari ildə bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. Biz bunu sonsuz edə bilmərik, çünki inflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır. Biz pulu nə qədər çox versək, bu, inflyasiyanın azalmasına gətirib çıxarmayacaq, əksinə, artıracaq".
İnflyasiyanın nəzərdə tutulduğundan artıq olmasının təsirini görürük
O bildirib ki, keçən il üçün proqnozumuzda inflyasiya 3% idi, amma faktiki 6%-dən çox olub. İnflyasiyanı proqnozlaşdıra bilməmişik:
"Dünyada heç kim onu proqnozlaşdıra bilməyib. İnflyasiyanın nəzərdə tutulduğundan 2 dəfə artıq olmasının təsirini görürük. Xarici malların qiyməti artıb, gömrük orqanlarının yığımları da artıb. "ƏDV geri al" sistemi üzrə 138 milyon manat vəsait il ərzində qaytarılıb. Bu da şəffaflaşmanın nəticəsidir. Dövriyyə şəffaflaşır. Proqnozlaşdırma ilə bağlı müzakirələrə hazırıq".
Nazir bildirib ki, ümumdaxili məhsulun real artım səviyyəsi 2021-ci ildə nəzərdə tutulduğundan xeyli çox olub. Neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulanla müqayisədə 70 faizdən artıq yüksək olub:
"Bu da icmal büdcənin kəsirsiz icra olunmasına münbit şərait yaradıb. Ötən il sabit milli valyutanın məzənnəsi şəraitində ölkəmizin iqtisadi inkişafına mənfi təsirlər də var idi. Bu təsirlər əsasən xarici faktorlarla bağlı idi. Söhbət inflyasiyanın artmasından gedir. Bizim ölkəmizdə də nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi oldu. İnflyasiyanın artmasının əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır. Cari ildə də proses təəssüf ki, davam edir və hətta daha da kəskinləşib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.