https://sputnik.az/20220525/maliyye-naziri-azerbaycanda-bas-veren-inflyasiyanin-sebebini-aciqladi-442229606.html
Maliyyə naziri Azərbaycanda baş verən inflyasiyanın səbəbini açıqladı
Maliyyə naziri Azərbaycanda baş verən inflyasiyanın səbəbini açıqladı
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, dövlət tərəfindən dünyada baş verən proseslər nəzərə alınaraq müxtəlif subsidiya proqramlarının həyata keçirilməsinə qərar verilib. 25.05.2022, Sputnik Azərbaycan
2022-05-25T14:29+0400
2022-05-25T14:29+0400
2022-05-25T14:29+0400
samir şərifov
iqtisadiyyat
maliyyə naziri
https://cdnn1.img.sputnik.az/img/41192/23/411922358_0:0:2000:1125_1920x0_80_0_0_78844cfb974a2db65350a1b0d4ce05d9.jpg
BAKI, 25 may — Sputnik. Mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komıtəsinin iclası keçirilir.İclasda 2021-ci il üçün dövlət büdcəsinin icrası müzakirə edilir.Maliyyə naziri Samir Şərifov bildirib ki, 2021-ci il sosial-iqtisadi baxımdan uğurlu il olub. Pandemiyaya qarşı geniş vaksinasiyanın həyata keçirilməsi və məhdudiyyətlərin tədricən aradan qaldırılması məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində baş verib. Dünya bazarında neft qiymətlərinin artması iqtisadiyyatın gözləniləndən daha tez bərpa olunmasına şərait yaradıb.Azərbaycan iqtisadiyyatına xarici mənfi təsirlər olubO bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatı sabit inkişaf etsə də iqtisadiyyatımıza xarici mənfi təsirlər də var idi və burada söhbət inflyasiyanın artmasından gedir. İflyasiyanın artmasının səbəblərindən biri də ərzaq məhsullarının dünya miqyasında bahalaşması olub. Dövlət tərəfindən həmin proseslər nəzərə alınaraq müxtəlif subsidiya proqramlarının həyata keçirilməsinə qərar verilib.Nazir bildirib ki, ötən il işğaldan azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanması üçün 25 milyon manat vəsait ayrılıb. 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir.İpoteka kreditlərinə ayrılan vəsait artırılırO qeyd edib ki, Azərbaycanda ipoteka kreditlərinə yüksək tələbat müşahidə olunmaqdadır. Hər il dövlət büdcəsində bu istiqamətdə ayrılan vəsait artırılır. Ötən ilin dövlət büdcəsindən ipoteka kreditləri üçün 80 milyon manatdan artıq vəsait ayrılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41192/23/411922358_160:0:1867:1280_1920x0_80_0_0_0881bde26a63ee085b8589c454225ea4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
samir şərifov, maliyyə naziri
samir şərifov, maliyyə naziri
Maliyyə naziri Azərbaycanda baş verən inflyasiyanın səbəbini açıqladı
Nazirin sözlərinə görə, dövlət tərəfindən dünyada baş verən proseslər nəzərə alınaraq müxtəlif subsidiya proqramlarının həyata keçirilməsinə qərar verilib.
BAKI, 25 may — Sputnik. Mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komıtəsinin iclası keçirilir.
İclasda 2021-ci il üçün dövlət büdcəsinin icrası müzakirə edilir.
Maliyyə naziri Samir Şərifov bildirib ki, 2021-ci il sosial-iqtisadi baxımdan uğurlu il olub. Pandemiyaya qarşı geniş vaksinasiyanın həyata keçirilməsi və məhdudiyyətlərin tədricən aradan qaldırılması məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində baş verib. Dünya bazarında neft qiymətlərinin artması iqtisadiyyatın gözləniləndən daha tez bərpa olunmasına şərait yaradıb.
Azərbaycan iqtisadiyyatına xarici mənfi təsirlər olub
O bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatı sabit inkişaf etsə də iqtisadiyyatımıza xarici mənfi təsirlər də var idi və burada söhbət inflyasiyanın artmasından gedir. İflyasiyanın artmasının səbəblərindən biri də ərzaq məhsullarının dünya miqyasında bahalaşması olub. Dövlət tərəfindən həmin proseslər nəzərə alınaraq müxtəlif subsidiya proqramlarının həyata keçirilməsinə qərar verilib.
Nazir bildirib ki, ötən il işğaldan azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanması üçün 25 milyon manat vəsait ayrılıb. 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir.
İpoteka kreditlərinə ayrılan vəsait artırılır
O qeyd edib ki, Azərbaycanda ipoteka kreditlərinə yüksək tələbat müşahidə olunmaqdadır. Hər il dövlət büdcəsində bu istiqamətdə ayrılan vəsait artırılır. Ötən ilin dövlət büdcəsindən ipoteka kreditləri üçün 80 milyon manatdan artıq vəsait ayrılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.