https://sputnik.az/20220524/yerevandaki-texribatla-bagli-beynelxalq-federasiyalara-etiraz-mektubu-unvanlanib-442194434.html
Yerevandakı təxribatla bağlı beynəlxalq federasiyalara etiraz məktubu ünvanlanıb
Yerevandakı təxribatla bağlı beynəlxalq federasiyalara etiraz məktubu ünvanlanıb
Sputnik Azərbaycan
Mayın 22-də Yerevandakı Avropa çempionatında ermənilər tərəfindən təxribatçı hərəkətlərə yol verilib. Belə ki, Ermənistanın Azərbaycana qarşı ərazi... 24.05.2022, Sputnik Azərbaycan
2022-05-24T14:13+0400
2022-05-24T14:13+0400
2022-05-24T14:27+0400
məktub
idman
azərbaycan boks federasiyası
ermənistan
https://cdnn1.img.sputnik.az/img/41505/41/415054134_0:3:1000:566_1920x0_80_0_0_80397c350114a47576f472fe5eb52b2e.jpg
BAKI, 24 may — Sputnik. Azərbaycan Boks Federasiyası Ermənistanın paytaxtı Yerevanda boks üzrə Avropa çempionatının açılış mərasimində baş verən təxribatla bağlı Beynəlxalq Olimpiya Komitəsi (İOC), Beynəlxalq Boks Assosiasiyası (İBA), Avropa Boks Konfederasiyası (EUBC) və EUBC-yə üzv olan ölkələrin federasiyasına etiraz məktubu ünvanlayıb.Məktubda bildirilir ki, bu yarış ümumdünya boks ailəsinin nəcib missiyası – insanları və ölkələri bir araya gətirmək, idman vasitəsilə dostluq formalaşdırmağa xidmət etməlidir. Lakin təəssüf ki, 2022-ci il may ayının 22-də Yerevandakı Avropa çempionatında Olimpiya Xartiyasına zidd olaraq idmanın ruhuna və missiyasına uyğun olmayan hallar müşahidə olunub.Açılış mərasimində ev sahibi ölkə tərəfindən təxribatçı hərəkətlərə yol verilib, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının "simvolu" kimi qeyri-qanuni qurumun qondarma "bayrağı" nümayiş etdirilib. EUBC bayrağı altında keçirilən tədbirdə təxribat məqsədilə nümayiş etdirilən "simvol" əslində Ermənistanın işğalçılıq siyasətini göstərir və bu səbəbdən bu addım qəti şəkildə cəzalandırılmalıdır.Müraciətdə vurğulanıb ki, beynəlxalq tədbirləri təşkil edən hər bir ölkə Olimpiya Xartiyasına və ev sahibi ilə müqaviləyə uyğun olaraq idmandan siyasi məqsədlər üçün sui-istifadəyə imkan verməməlidir:"Biz EUBC-dən ev sahibi ölkənin bu təxribatçı və düşməncəsinə hərəkətini ciddi nəzarətə götürməsini, hadisənin hərtərəfli araşdırılması üçün bütün vacib tədbirləri həyata keçirməsini, günahkarların və bu hadisənin baş verməsinə icazə verənlərin lazımı qaydada cəzalandırılmasını, bunun bir daha təkrarlanmamağının təminatı üçün vacib tədbirlərin həyata keçirilməsini tələb edirik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41505/41/415054134_149:0:1000:638_1920x0_80_0_0_d093d9790267380c17a6ee94c3f3e34e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktub, azərbaycan boks federasiyası, ermənistan
məktub, azərbaycan boks federasiyası, ermənistan
Yerevandakı təxribatla bağlı beynəlxalq federasiyalara etiraz məktubu ünvanlanıb
14:13 24.05.2022 (Yenilənib: 14:27 24.05.2022) Mayın 22-də Yerevandakı Avropa çempionatında ermənilər tərəfindən təxribatçı hərəkətlərə yol verilib. Belə ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının "simvolu" kimi qeyri-qanuni qurumun qondarma "bayrağı" nümayiş etdirilib
BAKI, 24 may — Sputnik. Azərbaycan Boks Federasiyası Ermənistanın paytaxtı Yerevanda boks üzrə Avropa çempionatının açılış mərasimində baş verən təxribatla bağlı Beynəlxalq Olimpiya Komitəsi (İOC), Beynəlxalq Boks Assosiasiyası (İBA), Avropa Boks Konfederasiyası (EUBC) və EUBC-yə üzv olan ölkələrin federasiyasına etiraz məktubu ünvanlayıb.
Məktubda bildirilir ki, bu yarış ümumdünya boks ailəsinin nəcib missiyası – insanları və ölkələri bir araya gətirmək, idman vasitəsilə dostluq formalaşdırmağa xidmət etməlidir. Lakin təəssüf ki, 2022-ci il may ayının 22-də Yerevandakı Avropa çempionatında Olimpiya Xartiyasına zidd olaraq idmanın ruhuna və missiyasına uyğun olmayan hallar müşahidə olunub.
Açılış mərasimində ev sahibi ölkə tərəfindən təxribatçı hərəkətlərə yol verilib, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının "simvolu" kimi qeyri-qanuni qurumun qondarma "bayrağı" nümayiş etdirilib. EUBC bayrağı altında keçirilən tədbirdə təxribat məqsədilə nümayiş etdirilən "simvol" əslində Ermənistanın işğalçılıq siyasətini göstərir və bu səbəbdən bu addım qəti şəkildə cəzalandırılmalıdır.
Müraciətdə vurğulanıb ki, beynəlxalq tədbirləri təşkil edən hər bir ölkə Olimpiya Xartiyasına və ev sahibi ilə müqaviləyə uyğun olaraq idmandan siyasi məqsədlər üçün sui-istifadəyə imkan verməməlidir:
"Biz EUBC-dən ev sahibi ölkənin bu təxribatçı və düşməncəsinə hərəkətini ciddi nəzarətə götürməsini, hadisənin hərtərəfli araşdırılması üçün bütün vacib tədbirləri həyata keçirməsini, günahkarların və bu hadisənin baş verməsinə icazə verənlərin lazımı qaydada cəzalandırılmasını, bunun bir daha təkrarlanmamağının təminatı üçün vacib tədbirlərin həyata keçirilməsini tələb edirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.