Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan tamaşaçısı futbol üzrə dünya çempionatını İTV-dən izləyə biləcək

Top - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Abunə olmaq
Seneqal və Niderland millisinin oyunu noyabrın 21-i Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Azərbaycanlı tamaşaçılar noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını ölkə televiziyası vasitəsilə izləyə biləcəklər.
BAKI, 24 may — Sputnik. İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlayacaq. Bunu İTV-nin baş direktoru Balakişi Qasımov APA-ya açıqlamasında deyib.
FİFA bu il Qətərdə keçiriləcək dünya çempionatının siyahısında 36 əsas, 69 köməkçi və 24 VAR hakimi yer alıb. FİFA-nın türkiyəli məşhur hakimi Cüneyt Çakır isə mundialdan kənarda qalıb.
Xatırladaq ki, turnir Seneqal və Niderland millisinin oyunu ilə başlayacaq. Matç noyabrın 21-i Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. DÇ-2022-nin final qarşılaşması isə dekabrın 18-də baş tutacaq.
Qeyd edək ki, bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır. Bunu Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Qətərdəki Azərbaycan icmasının sədri Eldəgiz Rəfibəyli mediaya açıqlamasında bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0