https://sputnik.az/20220523/turkiye-nato-dan-finlandiya-ve-svecle-bagli-konkret-addim-gozleyir-442180765.html
Türkiyə NATO-dan Finlandiya və İsveçlə bağlı konkret addım gözləyir
Türkiyə NATO-dan Finlandiya və İsveçlə bağlı konkret addım gözləyir
Sputnik Azərbaycan
TBMM Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç deyib ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir və ona iqtisadi cəhətdən ən böyük dəstəyi... 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T22:17+0400
2022-05-23T22:17+0400
2022-05-23T23:38+0400
siyasət
nato
türkiyə
ərdoğan
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441978739_0:159:3076:1889_1920x0_80_0_0_98017b86711f940a26ba5b26464b2c04.jpg
BAKI, 23 may - Sputnik. Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi gündəmə gələndən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkəmizin mövqeyi konkret olaraq açıqlanıb.Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç deyib.O bildirib ki, NATO müdafiə təşkilatıdır və burada əsas məsələ müttəfiqlikdir. Müttəfiqlər xarici və daxili təhlükəsizlik riskləri barədə bir-birlərini dəstəkləməlidirlər. NATO-nun 5-ci maddəsinə görə, üzv ölkələrdən birinə hücum edilməsi bütün təşkilata hücum deməkdir. NATO dünyada bu əsasla hərəkət edən yeganə təşkilatdır. Bu baxımdan təşkilata üzv ölkələrin Türkiyənin təhlükəsizliklə bağlı qayğılarını anlamalı, müsbət şəkildə dəyərləndirib, buna reaksiya verməlidirlər. "Bildiyiniz kimi, Türkiyə PKK terror təşkilatı və fərqli adlar altında bir sıra terror qruplaşmaları ilə mübarizə aparır. Burada cənab prezidentimiz deyir ki, biz 40 mindən çox vətəndaşımızı bu terror qruplaşmalarının hücumları nəticəsində qurban vermişik. İndi Türkiyədən qaçıb başqa ölkələrə sığınan terrorçuların Türkiyəyə qaytarılmasına yox deyilirsə, həmin şəxslər bu ölkələrdə sərbəst şəkildə gəzirsə və hətta ən qorxulusu da bu qruplaşmalara dəstək verilirsə, burada böyük bir xəta var”, - Akif Çağatay Kılıç deyib.O qeyd edib ki, həm Finlandiya, həm də İsveçdən bununla bağlı rəsmi açıqlamalar verilir: “Bu gün Türkiyə Prezidenti çıxışında bəyan edib ki, biz diplomatik nəzakət cümlələrindən daha irəli gedib konkret addımların atılmağını gözləyirik. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Bu gün NATO-ya iqtisadi cəhətdən ən böyük dəstəyi verən ölkəyik. Öz daxili ölkələrində təhlükəsizliklə bağlı addımların atılmasını haqlı görüb, bizim üçün bunu görmürlərsə, burada daha çox danışılacaq bir şey yoxdur”.(APA)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220522/finlandiya-ve-svecin-nato-ya-daxil-olmasi-avropada-sabitliyi-poza-bile-442146669.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441978739_174:0:2903:2047_1920x0_80_0_0_f940ab237cfdfb6e51155405c8838c02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan
nato, türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan
Türkiyə NATO-dan Finlandiya və İsveçlə bağlı konkret addım gözləyir
22:17 23.05.2022 (Yenilənib: 23:38 23.05.2022) TBMM Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç deyib ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir və ona iqtisadi cəhətdən ən böyük dəstəyi verir. Odur ki, NATO Türkiyənin təhlükəsizliklə bağlı qayğılarını anlamalıdır.
BAKI, 23 may - Sputnik. Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi gündəmə gələndən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkəmizin mövqeyi konkret olaraq açıqlanıb.
Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç deyib.
O bildirib ki, NATO müdafiə təşkilatıdır və burada əsas məsələ müttəfiqlikdir. Müttəfiqlər xarici və daxili təhlükəsizlik riskləri barədə bir-birlərini dəstəkləməlidirlər. NATO-nun 5-ci maddəsinə görə, üzv ölkələrdən birinə hücum edilməsi bütün təşkilata hücum deməkdir. NATO dünyada bu əsasla hərəkət edən yeganə təşkilatdır. Bu baxımdan təşkilata üzv ölkələrin Türkiyənin təhlükəsizliklə bağlı qayğılarını anlamalı, müsbət şəkildə dəyərləndirib, buna reaksiya verməlidirlər.
"Bildiyiniz kimi, Türkiyə PKK terror təşkilatı və fərqli adlar altında bir sıra terror qruplaşmaları ilə mübarizə aparır. Burada cənab prezidentimiz deyir ki, biz 40 mindən çox vətəndaşımızı bu terror qruplaşmalarının hücumları nəticəsində qurban vermişik. İndi Türkiyədən qaçıb başqa ölkələrə sığınan terrorçuların Türkiyəyə qaytarılmasına yox deyilirsə, həmin şəxslər bu ölkələrdə sərbəst şəkildə gəzirsə və hətta ən qorxulusu da bu qruplaşmalara dəstək verilirsə, burada böyük bir xəta var”, - Akif Çağatay Kılıç deyib.
O qeyd edib ki, həm Finlandiya, həm də İsveçdən bununla bağlı rəsmi açıqlamalar verilir:
“Bu gün Türkiyə Prezidenti çıxışında bəyan edib ki, biz diplomatik nəzakət cümlələrindən daha irəli gedib konkret addımların atılmağını gözləyirik. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Bu gün NATO-ya iqtisadi cəhətdən ən böyük dəstəyi verən ölkəyik. Öz daxili ölkələrində təhlükəsizliklə bağlı addımların atılmasını haqlı görüb, bizim üçün bunu görmürlərsə, burada daha çox danışılacaq bir şey yoxdur”.(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.