DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiya və İsveçin NATO-ya daxil olması Avropada sabitliyi poza bilər

© AFP 2024 / GINTS IVUSKANSNATO
NATO - Sputnik Azərbaycan, 1920, 22.05.2022
Abunə olmaq
Sözügedən ölkələrin NATO-ya daxil olması nəticəsində qaçılmaz olaraq yaranacaq silah ehtiyatları Rusiyanın cavab verməsi üçün zəmin yarada bilər.
BAKI, 22 may — Sputnik. Finlandiya və İsveçin NATO-ya daxil olması Avropada sabitliyi poza bilər, bu, "təhlükəli addımdır".
Bu barədə Amerikanın "The Hill" nəşri məlumat verir. Məqalənin müəllifi ABŞ Konqresinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri, Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinin rəhbəri Diana Ohlbaumdur.
Müəllif qeyd edir ki, Rusiya nə İsveç, nə də Finlandiya üçün real təhlükə olmayıb. Lakin sözügedən ölkələrin NATO-ya daxil olması nəticəsində qaçılmaz olaraq yaranacaq silah ehtiyatları "Rusiyanın cavab verməsi üçün zəmin yarada bilər".
Ohlbaumun fikrincə, nüvə zərbələri "mübadiləsi" riski əhəmiyyətli dərəcədə artacaq.
Ümumiyyətlə, Diana Ohlbaum hesab edir ki, "soyuq müharibə başa çatdıqdan sonra keçmiş Varşava Müqaviləsi ölkələrinin NATO-ya daxil edilməsinin özü artıq səhv addımdır". Belə ki, bu məqam Rusiyada onun mühasirəyə alındığı və baş verənlərin onun təhlükəsizliyinə təhlükə yaratdığı hissini gücləndirib.
Xatırladaq ki, Türkiyə sözügedən ölkələrin NATO-ya daxil olmasına etirazını bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı İsveç və Finlandiyanın alyansa hansı şərtlər daxilində üzv ola biləcəyini açıqlayıb.
"Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını o şərtlə dəstəkləyəcək ki, Helsinki və Stokholm təhlükəsizlik məsələlərində Ankara ilə həmrəy olduqlarını açıq şəkildə bildirsinlər", - Ərdoğan deyib.
O qeyd edib ki, "əgər İsveç və Finlandiya əsas məsələlərdə, xüsusən də "terrorla mübarizə"də mövqelərinin Türkiyəyə bənzədiyini açıq şəkildə nümayiş etdirməsələr, Ankara bu ölkələrin NATO-ya üzvlüyünə müsbət reaksiya verməyəcək".
Ərdoğan bəyanatında vurğulayıb ki, Türkiyə alyansın "açıq qapı siyasətini səmimiyyətlə dəstəkləyir", lakin İsveç və Finlandiyanın üzvlük iddiasının nəticəsi onların Türkiyənin "həyati milli təhlükəsizlik maraqlarına" münasibətindən asılıdır.
Daha əvvəl "Financial Times" məcmuəsi yazıb ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətə baxılması prosesinin başlanmasına mane olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.05.2022
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləmək üçün şərtləri açıqlayıb
Xəbər lenti
0