https://sputnik.az/20220523/son-ayda-rubl-yeddi-manata-yaxin-bahalasib-442163497.html
Son ayda rubl yeddi manata yaxın bahalaşıb
Son ayda rubl yeddi manata yaxın bahalaşıb
Sputnik Azərbaycan
Rublun manat qarşısında möhkəmlənməsi davam edir. İxrac gəlirlərinin axını rublun möhkəmlənməsində əsas amildir. 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T13:01+0400
2022-05-23T13:01+0400
2022-05-23T13:58+0400
rubl
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440139326_0:159:3079:1890_1920x0_80_0_0_4e429331eb3b00eadd8f53c6498662f8.jpg
BAKI, 23 may — Sputnik. Mayın 23-də 1 Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2.19% artaraq 0,0279 manat olub (1000 rubl = 27 manat 90 qəpik).Mayın 20-də 1000 rubl 27 manat 30 qəpik təşkil edib. Başqa sözlə, mayın 20-si ilə müqayisədə bu gün rubl daha 60 qəpik bahalaşıb. Ötən həftənin əvvəli ilə müqayisədə rubl 1 manat 60 qəpik möhkəmlənib.Son bir ayda isə rubl manat qarşısında 7 manata yaxın möhkəmlənib.SəbəblərQeyd edək ki, rubl inkişaf etməkdə olan bazarların valyutaları arasında ilin əvvəlindən dollar qarşısında möhkəmlənmənin liderlər sırasındadır. Moskva birjasında rubl bu müddət ərzində 6,2% artıb.İxrac gəlirlərinin axını rublun möhkəmlənməsində əsas amildir, son iki ayda bu göstərici gündə ən azı 1,7 milyard ABŞ dollarına bərabər olub.Xatırladaq ki, martın 9-da 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.Onu da qeyd edək ki, Moskva birjasında dolların məzənnəsi 2018-ci ilin aprelindən bəri ilk dəfə olaraq 60 rubldan aşağı düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220520/son-ayda-rubl-30-dek-bahalasib-442093441.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440139326_173:0:2904:2048_1920x0_80_0_0_d4e2d4e05ee986b70deac1b3b5a2e8bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rubl
Son ayda rubl yeddi manata yaxın bahalaşıb
13:01 23.05.2022 (Yenilənib: 13:58 23.05.2022) Rublun manat qarşısında möhkəmlənməsi davam edir. İxrac gəlirlərinin axını rublun möhkəmlənməsində əsas amildir.
BAKI, 23 may — Sputnik. Mayın 23-də 1 Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2.19% artaraq 0,0279 manat olub (1000 rubl = 27 manat 90 qəpik).
Mayın 20-də 1000 rubl 27 manat 30 qəpik təşkil edib. Başqa sözlə, mayın 20-si ilə müqayisədə bu gün rubl daha 60 qəpik bahalaşıb. Ötən həftənin əvvəli ilə müqayisədə rubl 1 manat 60 qəpik möhkəmlənib.
Son bir ayda isə rubl manat qarşısında 7 manata yaxın möhkəmlənib.
Qeyd edək ki, rubl inkişaf etməkdə olan bazarların valyutaları arasında ilin əvvəlindən dollar qarşısında möhkəmlənmənin liderlər sırasındadır. Moskva birjasında rubl bu müddət ərzində 6,2% artıb.
İxrac gəlirlərinin axını rublun möhkəmlənməsində əsas amildir, son iki ayda bu göstərici gündə ən azı 1,7 milyard ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, martın 9-da 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Onu da qeyd edək ki, Moskva birjasında dolların məzənnəsi 2018-ci ilin aprelindən bəri ilk dəfə olaraq 60 rubldan aşağı düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.