https://sputnik.az/20220520/son-ayda-rubl-30-dek-bahalasib-442093441.html
Son ayda rubl 30%-dək bahalaşıb
Son ayda rubl 30%-dək bahalaşıb
Sputnik Azərbaycan
Rubla tələbat artdıqca, o, əsas valyutalara nisbətən möhkəmlənir. Dollar isə 60 rubldan aşağı düşüb. 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T13:30+0400
2022-05-20T13:30+0400
2022-05-20T13:30+0400
rubl
iqtisadiyyat
rusiya
manat
https://cdnn1.img.sputnik.az/img/42230/73/422307322_0:0:2001:1125_1920x0_80_0_0_2465c18be80498605e5c54b15449279d.jpg
BAKI, 20 may — Sputnik. Mayın 20-də 1 Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1.8% artaraq 0.0273 manat olub (1000 rubl = 27 manat 30 qəpik).Mayın 19-da 1000 rubl 26 manat 80 qəpik təşkil edib. Başqa sözlə, dünən ilə müqayisədə bu gün rubl daha 50 qəpik bahalaşıb. Həftənin əvvəlində 1000 rubl 26 manat 30 qəpik olub. Həftənin əvvəli ilə müqayisədə rubl 1 manat möhkəmlənib.Son bir ayda isə rubl manat qarşısında 6 manat 20 qəpik bahalaşıb. Aprelin 20-də 1000 rubl 21 manat 10 qəpik idi.Qeyd edək ki, rubla tələbat artdıqca o, əsas valyutalara nisbətən möhkəmlənir. Rusiya Mərkəzi Bankının həyata keçirdiyi tədbirlər də rublun möhkəmlənməsinə təsir göstərir.Ümumiyyətlə, ilin əvvəllərində rubl kəskin ucuzlaşsa da, sonralar dəyər qazandığı müşahidə olunur.Xatırladaq ki, martın 9-da 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.Dollar 60 rubldan aşağı düşübOnu da qeyd edək ki, bu gün Moskva birjasında dolların məzənnəsi 2018-ci ilin aprelindən bəri ilk dəfə olaraq 60 rubldan aşağı düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42230/73/422307322_0:0:1773:1330_1920x0_80_0_0_3c738c1629572c947268736cac67a16b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rubl, rusiya, manat
Son ayda rubl 30%-dək bahalaşıb
Rubla tələbat artdıqca, o, əsas valyutalara nisbətən möhkəmlənir. Dollar isə 60 rubldan aşağı düşüb.
BAKI, 20 may — Sputnik. Mayın 20-də 1 Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1.8% artaraq 0.0273 manat olub (1000 rubl = 27 manat 30 qəpik).
Mayın 19-da 1000 rubl 26 manat 80 qəpik təşkil edib. Başqa sözlə, dünən ilə müqayisədə bu gün rubl daha 50 qəpik bahalaşıb. Həftənin əvvəlində 1000 rubl 26 manat 30 qəpik olub. Həftənin əvvəli ilə müqayisədə rubl 1 manat möhkəmlənib.
Son bir ayda isə rubl manat qarşısında 6 manat 20 qəpik bahalaşıb. Aprelin 20-də 1000 rubl 21 manat 10 qəpik idi.
Qeyd edək ki, rubla tələbat artdıqca o, əsas valyutalara nisbətən möhkəmlənir. Rusiya Mərkəzi Bankının həyata keçirdiyi tədbirlər də rublun möhkəmlənməsinə təsir göstərir.
Ümumiyyətlə, ilin əvvəllərində rubl kəskin ucuzlaşsa da, sonralar dəyər qazandığı müşahidə olunur.
Xatırladaq ki, martın 9-da 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Dollar 60 rubldan aşağı düşüb
Onu da qeyd edək ki, bu gün Moskva birjasında dolların məzənnəsi 2018-ci ilin aprelindən bəri ilk dəfə olaraq 60 rubldan aşağı düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.