https://sputnik.az/20220523/mekteblinin-olumune-gore-azerisiqin-emekdasi-mesuliyyete-celb-edildi-442159557.html
Məktəblinin ölümünə görə "Azərişıq"ın əməkdaşı məsuliyyətə cəlb edildi
Məktəblinin ölümünə görə "Azərişıq"ın əməkdaşı məsuliyyətə cəlb edildi
Sputnik Azərbaycan
Cəlilabad rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, məktəblinin ölümünə görə məsuliyyətə cəlb olunan var. 23.05.2022, Sputnik Azərbaycan
2022-05-23T11:51+0400
2022-05-23T11:51+0400
2022-05-23T11:51+0400
azərişıq
hadisə
məsuliyyət
cəlilabad rayonu
https://cdnn1.img.sputnik.az/img/41753/03/417530387_0:0:1001:563_1920x0_80_0_0_3121296f6a0fb61f085bbfbb0e2c762d.jpg
BAKI, 23 may — Sputnik. Cəlilabadda məktəblinin ölümünə görə "Azərişıq" ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib.Bu barədə rayon prokurorluğundan məlumat verilib.2022-ci il fevralın 8-də Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.İstintaqla "Azərişıq" ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilmişdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220208/azerbaycanda-mekteblini-elektrik-vurub-oldurdu-438944580.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41753/03/417530387_0:0:835:626_1920x0_80_0_0_3e4094cece4d875f40b485a694585333.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərişıq, məsuliyyət, cəlilabad rayonu
azərişıq, məsuliyyət, cəlilabad rayonu
Məktəblinin ölümünə görə "Azərişıq"ın əməkdaşı məsuliyyətə cəlb edildi
Cəlilabad rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, məktəblinin ölümünə görə məsuliyyətə cəlb olunan var.
BAKI, 23 may — Sputnik. Cəlilabadda məktəblinin ölümünə görə "Azərişıq" ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
2022-ci il fevralın 8-də Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla "Azərişıq" ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilmişdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.