Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Prokurorluq məktəblinin ölümü ilə bağlı məlumat yaydı

© Sputnik / Anar MustafayevЭлектрическая розетка, фото из архива
Электрическая розетка, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
İlkin məlumata görə, həmin məktəbin şagirdini məktəbin həyətində elektrik cərayanı vurub.
BAKI, 8 fevral — Sputnik. Cəlilabad rayon prokurorluğu məktəblinin ölümü ilə bağlı məlumat yayıb.
Bildirilir ki, fevralın 8-i saat 12 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalov təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Prokurorluğun araşdırmalarıyla müəyyən edilib ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən sallanan 10 kv-luq elektrik məftilə toxunub, elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.
--------
15:03
Cəlilabadda məktəbdə şagirdi elektrik cərayanı vuraraq öldürüb. Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, bədbəxt hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.
İlkin məlumata görə, həmin məktəbin şagirdini məktəbin həyətində elektrik cərayanı vurub.
Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddət öncə Ağsuda bənzər hadisə baş vermişdi, elektrik düzəldən şəxsi cərəyan vurmuşdu, şəxs hadisə yerindəcə dünyasını dəyişmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0