CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad olunmuş ərazilərdə aşkarlanmış minaların sayı açıqlandı

mina - Sputnik Azərbaycan, 1920, 23.05.2022
Abunə olmaq
Minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 109, tank əleyhinə 69 mina və 155 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
BAKI, 23 may — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, mayın 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 109, tank əleyhinə 69 mina və 155 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 413 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatırladaq ki, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, Qarabağın minalardan təmizlənməsi əməliyyatlarında Xorvatiyanın MV-10 və MV-4 mexaniki minatəmizləmə maşınları iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir - Sputnik Azərbaycan, 1920, 04.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ötən ay min yeddi yüz hektar ərazi minalardan təmizlənib
Xəbər lenti
0