Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ötən ay min yeddi yüz hektar ərazi minalardan təmizlənib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
2020-ci il noyabrın 10-dan bu il aprelin 30-dək piyada əleyhinə 11 min 9, tank əleyhinə 5444 mina və 15 min 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
BAKI, 4 may — Sputnik. Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.
Aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 1701,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
2020-ci il noyabrın 10-dan bu il aprelin 30-dək isə piyada əleyhinə 11 min 9, tank əleyhinə 5444 mina və 15 min 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Bu müddət ərzində 9568,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Qarabağda yeni minatəmizləmə maşınlarından istifadə edilir
Qeyd edək ki, Qarabağın minalardan təmizlənməsi əməliyyatlarında Xorvatiyanın MV-10 və MV-4 mexaniki minatəmizləmə maşınları iştirak edir.
Azərbaycanın Minatəmizləmə Agentliyinin məlumatına görə, "DOK-İNG" şirkəti ilə 11 ədəd xüsusi təyinatlı maşınların ölkəyə gətirilməsi üçün müqavilə bağlayıb. Onlardan 10-u artıq agentliyə təhvil verilib, daha biri isə ilin birinci yarısının sonuna qədər təqdim olunacaq.
ANAMA-dan bildirilib ki, MV-10 maşınları 3 min metrə qədər məsafədən pult ilə idarə olunur. MV-4 maşınları üzrə bu məsafə 1500 metr təşkil edir. Hər iki maşın meyil bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat çalışa bilər.
Qarabağın minalardan təmizlənməsində Türkiyənin xüsusi təyinatlı "MEMATT" maşınlarından da istifadə olunur.
Onu da bildirək ki, 190 hektar sahəni əhatə edən Ağdam Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azad edilən ərazilərdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər davam etdirilir - Sputnik Azərbaycan, 1920, 25.04.2022
HƏRBİ
ANAMA aşkarlanmış minaların sayını açıqladı
Xəbər lenti
0