Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Voleybolçularımız Avropada yarışa qələbə ilə başlayıb

© AFP 2023 / ODD ANDERSENVoleybol oyunu
Voleybol oyunu - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Millimiz ilk matçda yarışın ev sahibi olan Kosovo yığması ilə qarşılaşıb.
BAKI, 21 may-Sputnik. İyirmi iki yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası “Avro-2022”nin təsnifat mərhələsinə qələbə ilə başlayıb. "E" qrupunda yer alan millimiz ilk matçda yarışın ev sahibi olan Kosovo yığması ilə qarşılaşıb.
Oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:11, 25:20. Beləliklə, ilk görüşdə 3:0 hesabı ilə qalib gələn Eldar Əliyevin komandası 3 xala yiyələnib.
Qrupun digər matçında Niderland millisi Slovakiya ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə bitib.
Baş məşqçi Eldar Əliyevin komandası mayın 21-də Niderland millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyulda Polşada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0