https://sputnik.az/20220521/premyer-liqanin-novbeti-movsumune-yekun-vurulub-442142449.html
Premyer Liqanın növbəti mövsümünə yekun vurulub
Premyer Liqanın növbəti mövsümünə yekun vurulub
Sputnik Azərbaycan
Birinciliyin nəticələrinə görə, Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” komandası təmsil edəcək. 21.05.2022, Sputnik Azərbaycan
2022-05-21T22:40+0400
2022-05-21T22:40+0400
2022-05-21T22:40+0400
idman
futbol
premyer liqa
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/15/426024766_0:0:1000:563_1920x0_80_0_0_190ba7fe0c1bfa5973a8db3f437761d7.jpg
BAKI, 21 may - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub. Azərtac-ın xəbərinə görə, mövsümün sonuncu – XXVIII turunda dörd qarşılaşma baş tutub.“Qarabağ” qızıl, “Neftçi” gümüş medalı daha əvvəl təmin etdiyindən son tur yalnız bürünc medalın taleyinə aydınlıq gətirib. Öz meydanında “Şamaxı” ilə qarşılaşan “Zirə” qolsuz heç-heçə edərək üçüncü pilləni qoruyub.Qəsəbə klubunun medalçılar sırasında qalmasında “Qəbələ”nin “Sabah”la görüşdəki xal itkisi səbəb olub. Qəbələ şəhər stadionundakı görüş 1:1 hesabı ilə başa çatıb. Mövsümün son iki görüşü böyük hesablı qələbə ilə nəticələnib.Autsayderlərin duelində “Sumqayıt” “Səbail”in qapısından 5 cavabsız top keçirib.Çempionatın son qarşılaşmasında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəliblər. “Qarabağ” klubu görüşdən 4:1 hesablı qələbə ilə ayrılıb.Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Zirə” və “Qəbələ” isə Konfrans Liqasında mübarizə aparacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/15/426024766_71:0:859:591_1920x0_80_0_0_052ae1719ca39f8c5511abfa4fa57e05.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, premyer liqa, azərbaycan
futbol, premyer liqa, azərbaycan
Premyer Liqanın növbəti mövsümünə yekun vurulub
Birinciliyin nəticələrinə görə, Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” komandası təmsil edəcək.
BAKI, 21 may - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub. Azərtac-ın xəbərinə görə, mövsümün sonuncu – XXVIII turunda dörd qarşılaşma baş tutub.
“Qarabağ” qızıl, “Neftçi” gümüş medalı daha əvvəl təmin etdiyindən son tur yalnız bürünc medalın taleyinə aydınlıq gətirib. Öz meydanında “Şamaxı” ilə qarşılaşan “Zirə” qolsuz heç-heçə edərək üçüncü pilləni qoruyub.
Qəsəbə klubunun medalçılar sırasında qalmasında “Qəbələ”nin “Sabah”la görüşdəki xal itkisi səbəb olub. Qəbələ şəhər stadionundakı görüş 1:1 hesabı ilə başa çatıb. Mövsümün son iki görüşü böyük hesablı qələbə ilə nəticələnib.
Autsayderlərin duelində “Sumqayıt” “Səbail”in qapısından 5 cavabsız top keçirib.
Çempionatın son qarşılaşmasında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəliblər. “Qarabağ” klubu görüşdən 4:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Zirə” və “Qəbələ” isə Konfrans Liqasında mübarizə aparacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.