CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüzə yaxın uşaq övladlığa verilib

© Pexels Dana Tentisuşaq
uşaq  - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Övladlığa götürülən uşaqlarla bağlı ailələrdə monitorinqlər aparılır
BAKI, 20 may — Sputnik. 2022-ci ilin ötən dövründə 51-i oğlan, 41-i isə qız olan 92 uşaq övladlığa götürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, onlardan 58-i 0-3 yaş, 26-sı 4-11 yaş, 8-i 12-18 yaş aralığındadır.
Bildirilib ki, övladlığagötürmə üzrə idarəetməni 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla, xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin edilib.
Uşaqlar övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasına güclü nəzarət həyata keçirilir.
Övladlığa götürülən uşaqlar 18 yaşına çatanadək övladlığa götürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün monitorinqlər aparılır.
Nazirliyin məlumatına görə, cari ilin ötən dövründə sosial xidmət müəssisələrindən 42 uşaq da öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 15-i qız, 27-si oğlandır. Ailəsinə qaytarılan uşaqlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır.
Reinteqrasiya edilən uşaqların 3-ü 0-3 yaş, 8-i 4-6 yaş, 16-sı 7-12 yaş, 15-i 13-18 yaş aralığındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
körpə - Sputnik Azərbaycan, 1920, 13.05.2022
CƏMİYYƏT
Əcnəbilər Azərbaycandan övladlığa necə uşaq götürə bilər?
Xəbər lenti
0