CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbilər Azərbaycandan övladlığa necə uşaq götürə bilər?

© AFP 2024 / MOHAMMED ABEDkörpə
körpə - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
C.Şahmalıyev bildirib ki, 2019-cu ilin noyabr ayından sonra övladlığa götürülmüş uşaqların geri qaytarılması faktı olmayıb.
BAKI, 13 may — Sputnik. Əcnəbilərin Azərbaycandan övladlığa uşaq götürməsinə dair əsas tələblər açıqlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial şəbəkə hesabında yayımlanan "Sosial saat"ın qonağı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev bildirib ki, subay əcnəbi vətəndaş Azərbaycandan övladlığa uşaq götürə bilməz:
"Bunun üçün əcnəbi vətəndaşın rəsmi nikahı olmalı, nikah müddəti ən azı 5 il olmalıdır. Azərbaycan vətəndaşı olan subay şəxs isə 30 yaşdan sonra övladlığa uşaq götürə bilər".
Departament müdiri onu da qeyd edib ki, övladlığa uşaq götürmək istəyən xarici ölkə vətəndaşının gəliri, öz ölkəsindəki yaşayış mislinin iki mislində olmalıdır.
C.Şahmalıyev bildirib ki, 2019-cu ilin noyabr ayından sonra övladlığa götürülmüş uşaqların geri qaytarılması faktı olmayıb.
Xatırladaq ki, Azərbaycanda uşaqların övladlığa verilməsi "Ailə Məcəllə"sinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0