Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Meymun çiçəyi"nə qarşı vaksinasiya mövcuddur - TƏBİB

© Sputnik / Murad OrujovTƏBİB avtomobili
TƏBİB avtomobili - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Bu virusun daha çox hallarda heyvandan insana, daha az hallarda bir insandan digərinə keçmə halları müşahidə olunub.
BAKI, 20 may — Sputnik. Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanan "meymun çiçəyi" çiçək xəstəliyinin bir növüdür. İnsandan insana yoluxma faktı daha azdır.
Bu fikirləri TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
Xəstəliyin Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya və Portuqaliyada qeydə alındığını xatırladan şöbə müdiri bildirib ki, Azərbaycanda "meymun çiçəyi" ilə yoluxma halları aşkarlanmayıb. Onun sözlərinə görə, bu simptomla bağlı heç bir müraciət daxil olmayıb.
TƏBİB rəsmisi qeyd edib ki, "meymun çiçəyi" virus mənşəli xəstəlikdir, daha çox hallarda heyvandan insana, daha az hallarda isə insandan insana yoluxma halları müşahidə olunub. Əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır: "Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı, sıx təmas yolu ilə baş verir. Çiçək virusuna nisbətən “meymun çiçəyi” virusunun törətdiyi xəstəliyin gedişatı daha yüngüldür, həmçinin yoluxduruculuq qabiliyyəti də daha zəifdir".
O qeyd edib ki, bu virusa qarşı vaksinasiya mövcuddur: "Çiçək xəstəliyinə qarşı olan vaksinlər də öz effektini göstərir. Spesifik müalicəsi yoxdur, adətən 2-4 həftə ərzində öz-özünə sağalan bir xəstəlik hesab edilir".
N.Mustafayeva bildirib ki, yoluxduruculuq qabiliyyətinin çox aşağı olması səbəbindən pandemiya halını alması da çox zəif ehtimaldır.
Mütəxəssis qeyd edib ki, lokal olaraq bəzi yerlərdə epidemiya kimi müşahidə oluna bilər. Əvvəlki dövrlərdə də bu virusa yoluxma halları olub. Amma son dövrlərdə çiçək virusuna qarşı aparılan profilaktik vasitələr hər iki xəstəliyin azalmasına səbəb olub: "Su çiçəyi və "meymun çiçəyi”ninin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə "meymun çiçəyi" xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Meymunlara baxan uşağa vaksin vurulur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2022
SƏHİYYƏ
"Meymun çiçəyi" virusu ilə bağlı həyəcan təbili-Azərbaycana çata bilərmi?
Xəbər lenti
0