CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürün suyu niyə azalıb? Səbəb açıqlandı

© Sputnik / Irade JELILKür
Kür - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Mehman Axundov deyib ki, Kür çayının həcmi həm də yuxarıda olan mənbələrdən suyun götürülməsindən də asılıdır.
BAKI, 20 may — Sputnik. İqlim dəyişiklikləri Kür çayının həcminin azalmasına səbəb olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib. Onun sözlərinə görə, Kür çayının həcmi həm də yuxarıda olan mənbələrdən suyun götürülməsindən də asılıdır.
O bildirib ki, Gürcüstan və Türkiyədə Kür çayı tökülən hissədə su anbarları tikilir: "Bu da suyun Kür çayında azalmasına səbəb olur. Əslində Kürün axını 130 kub/saniyə olmalıdır. Amma indi bu iki dəfə azalıb. Bu da balıqların çoxalmasına mənfi təsir göstərir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Обмеление реки Куры - Sputnik Azərbaycan, 1920, 11.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Kür çayının yuxarı axınında suyun səviyyəsi azalıb
Xəbər lenti
0